Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:31

Hidayət Orucov: «Azərbaycanda təxribatçı qüvvələr var»


Azərbaycanda 336 islam, 31 qeyri-islam icması var
Azərbaycanda 336 islam, 31 qeyri-islam icması var
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirir ki, Azərbaycandakı dini konfesiyalar arasında milli-mənəvi dəyərlərə hörmətlə yanaşmayanlar, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyənlər var. O, noyabrın 16-da «Tolerantlıq örnəyi Azərbaycan» adlı konfransdakı çıxışında belə deyib. Komitə sədri dindən siyasi məqsədlər üçün istifadə edənlərin, insanları radikallığa çağıranların fəaliyyətinin genişlənməsinə, dövlətçilik üçün təhlükə mənbəyinə çevrilməsinə imkan verməyəcəyini söylədi. Azərbaycandakı müxtəlif dini icmaların rəhbərləri də konfransda Azərbaycanın dini tolerantlıq nümunəsi olduğunu bildirdilər.

ABŞ-ın Azərbaycandakı səfiri Ann Dörsi isə burda rastlaşdığı dini müxtəliflik və tolerantlığa valeh olduğunu bildirdi.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda 336 islam, 31 qeyri-islam (onlardan 20-i xristian, 7-i yəhudi) icması var.


XS
SM
MD
LG