Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 06:20

Hüquq müdafiəçisinə 3 illik həbs cəzası kəsildi


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

-

Hüquq müdafiəçisi Taleh Xasməmmədova 3 illik həbs cəzası verildi.

Göyçayda məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Məhkəmənin hökmü ilə hüquq müdafiəçisinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrum etmə cəzası verilib.

Dövlət ittihamçısı 4 il həbs cəzası istəmişdi.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin anası Gülbutə Xasməmmədova məlumat verib:

“Ona qarşı irəli sürülən ittiham tamamilə saxtadır, onu heç bir günahı olmadan şərləyib həbsə alıblar."

T.Xasməmmədov Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) ilə ittiham olunur.

Bir daha prezidentə səslənirik, Talehin hansısa məmurların özfəaliyyəti nəticəsində məhkum olunmasına, iki balasının çarəsiz durumda qalmasına imkan verməsin.

T.Xasməmmədov fevralın 24-də Göyçayda mebel mağazasının qarşısında saxlanılıb. Vəkilləri deyir ki, mağazadan çıxarkən bir naməlum şəxs ona yaxınlaşıb üzünə tüpürüb. Sonra həmin adam yerə yıxılıb və özünü elə aparıb ki, guya T.Xasməmmədov onu döyür.

Fevralın 26-da Göyçay məhkəməsi onun barəsində üç ay müddətinə həbs qəti-imkan tədbiri seçib.

T.Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq-müdafiə fəaliyyəti və Facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə tanınır

Bundan öncə də mühakimə edilib, lakin iki il əvvəl əfv olunub.

XS
SM
MD
LG