Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:06

Yayda işləmək istəyən tələbələr üçün hansı işlər var?


-

Satıcı, ofisiant, gözətçi, elan paylayan…

Gözlə

No media source currently available

0:00 0:02:42 0:00
Direct-ə keçid

“Tələbəçilik az maaşlı iş təklifi ilə qarşılaşacağın deməkdir. Təklif olunan iş də satıcılıq, kuryer, metro stansiyalarının qarşısında elan paylayandır. Maaş da uzağı 200 manat olur”.

21 yaşlı Validə Məmmədli artıq iki yaydır sadaladığı işlərdə işləyir. Özü rəssamlıq oxusa da, gələcək ixtisasına uyğun ona heç kim iş təklif eləmirmiş. Ancaq bu ilin iyununda Türkiyənin Antalya şəhərindəki istirahət mərkəzlərinin birində elə rəssam kimi işləyib. Deyir istirahət mərkəzinin uşaq klubunda tərbiyəçi kimi çalışmaq üçün müraciət edibmiş. Ancaq biləndə ki, o, tələbə rəssamdır, rəhbərlik ona yeni tikilmiş otelin divarlarını “bəzəməyi” tapşırıb:

BİR AYA 2 MİN DOLLAR QAZANIB

“Biləndə ki, rəssamam, dedilər ki, “elə öz işində işlə”. Mən də məmnuniyyətlə qəbul eləyib işlədim. Əsas natürmort, portret çəkirdim. Peşəmə çox böyük həvəsim olduğu üçün yorulmadan işləyirdim”.

“Biləndə ki, rəssamam, dedilər ki, “elə öz işində işlə”. Mən də məmnuniyyətlə qəbul eləyib işlədim. Əsas natürmort, portret çəkirdim. Peşəmə çox böyük həvəsim olduğu üçün yorulmadan işləyirdim”.

Validə deyir ki, bir ay ərzində 2 min dollara yaxın pul qazanıb. Bakıda isə satıcı yox, lap rəssam işləsəydi belə bu pulu qazana bilməzdi.

İki aydır marketlərin birində işləyən Leyla Bədəlova deyir ki, iş üçün müraciət edəndə adətən tələbə olduğunu gizlədir. Çünki sahibkarlar qısa müddətli iş vermirlər:

“Yalan danışmağa məcburam, yoxsa işə götürməzlər. Fikirləşirəm ki, heç olmasa 1-2 ay da olsa, işləyib pul qazana bilərəm”.

Leylanın aylıq qazancı 250 manatdır.

DAHA ÇOX OĞLANLAR MÜRACİƏT EDİR

Bakıda tələbələrə adətən satıcı, kuryer, ofisiant, gözətçi işləri təklif olunur. Tələbələr üçün iş təklif edən şirkətlərdən birinin əməkdaşı Vüqar Məmmədov deyir ki, iş müraciətləri çox olur:

“Tələbələrin iş üçün müraciətləri təklif olunan iş yerlərindən daha çox olur. Onlara satıcılıq, buklet paylayan, veb proqramlaşdırma, informasiya texnologiyaları sahəsində işlər təklif olunur. Müraciət edənlərin çoxu isə oğlanlardır. Qızlar da var, ancaq azdır”.

Vüqar Məmmədov deyir ki, bəzən tələbələr təklif olunan vakansiyalara uyğun gəlmədiklərinə görə daha çox 150-200 manatlıq maaşı olan satıcı, elan paylayan işlərini qəbul edirlər.

İŞ TAPMAYANLAR DA ÇOXDUR

230 manat maaş alıram. Heç olmamaqdansa, bu da yaxşıdır..

Tələbələr arasında iş axtarıb tapmayanlar da var. Rauf Məmmədli kimi. 4-cü kurs tələbəsi olan Rauf bir-iki gün tikintiyə gedib, ancaq işin ağırlığının öhdəsindən gələ bilməyib. Başqa iş də hələ ki, yoxdur:

“Bu gün-sabah yay qurtarır. Mənsə iş tapa bilmirəm, ancaq işləmək yaxşı şeydir”.

Rauf deyir ki, bir-iki gün də iş axtaracaq. Tapmasa kəndə, atasının bostanında işləməyə gedəcək.

Kərim isə daha tez iş tapıb. Deyir maaşı az olsa da, indidən özünü işə alışdırmaq istəyir. Ona görə maaşın azlığı gözünə görünmür:

“230 manat maaş alıram. Heç olmamaqdansa, bu da yaxşıdır”.

MƏŞĞULLUQ İDARƏSİ DEYİR İŞ OLSA...

Tələbələr deyir ki, hökumət qurumları da onlara yay mövsümü üçün heç bir iş təklif etmir. Əmək yarmarkalarına müraciət etməyi isə ağıllarına belə gətirmirlər. Çünki orda nəinki yayda, ümumiyyətlə, heç bir mövsümdə tələbələr üçün iş olmur.

Bakı şəhər Məşğulluq İdarəsindən isə bildirdilər ki, işləmək istəyən tələbələr mövsümdən asılı olmayaraq müraciət edə bilərlər. Təşkilatlardan təklif olunan iş olsa, tələbələri yönəldə bilərlər.

XS
SM
MD
LG