Pakistanda azərbaycanlı qadın polis məntəqəsindən qaçıb
Pakistanda saxlanmış bir azərbaycanlı qadın polis məntəqəsindən qaçıb. Pakistanın Dawn.com saytı yazır ki, polis reyd edərkən pasport, viza kimi sənədləri qaydasında olmayan 2 azərbaycanlı qadını tutub, polisə gətirib. Məntəqədə polis zabiti əldə olan sənədlərin surətini çıxardıb və başını qaldırıb görüb ki, qadınlardan biri yoxdur. Hələlik həmin qadını tapmayıblar.
Tələbənin yataqxana, ev problemi
«İndi kirayə ev axtaranlar daha çox tələbələrdir. Əlimizdə olan birotaqlı, normal şəraitli bina evlərinin qiyməti 300-350 manatdır. Bundan aşağı yoxdur. Bu evlər «Nərimanov», «Gənclik» metrostansiyaları tərəfdədir. Şəhərdən uzaqlaşdıqca, qiymət bir az ucuzlaşır».
Qazax rayon sakini Tahir Məmmədli deyir ki, yataqxana problemi həllini tapmadığı üçün oğlu Nəriman bu il də kirayə evdə qalmalı olacaq. Ən ucuz evlər isə normal şəraiti olmayan həyət evləridir. Bu evlərin qiyməti 200-250 manatdır: «Özü də şəraitsiz evlərdir. Bir qapı, bir pəncərədir."
Gaddafinin oğlu ölümə məhkum edildi
Keçmiş Liviya diktatoru Muammar Gaddafinin oğlu Saif al-Islam Gaddafi , keçmiş milli təhlükəsizlik naziri Abdullah al-Senussi və keçmiş baş nazir Baghdadi Ali Mahmudi ölümə məhkum ediliblər.
"İlham Əliyev tənqidi fikrə dözə bilmir"
«Necə həbs olunmağım mənim üçün xırda məsələdir. Hansısa formada həbsimi gözləyirdim. «Azərbaycan Saatı» TV proqramının redaktoru və aparıcısı idim, Azərbaycan hakimiyyətini tənqid edirdim».
Bunu «Azadlıq» qəzetinin əməkdaşı, «Azərbaycan saatı» verilişinin aparıcısı Seymur Həzi məhkəmədə deyib. O deyib ki, İlham Əliyev tənqidi fikrə dözə bilmir.