Tale Bağırzadə: "Həbsxana kiçik zindan idi"
Azadlığa çıxan ilahiyyatçı Tale Bağırzadə: “Bizi ayaq üstə saxlayan, bu mübarizədə güc verən Allah-Təaladır. İlk növbədə şükrümüz, təşəkkürümüz Allahadır. Həbsxana kiçik zindan idi, indi biz böyük zindana daxil olmuşuq. Azərbaycandakı mövcud durum bunu söyləməyə əsas verir ki, fərqi yoxdur Qobustan olsun, ya da digərləri, onlar kiçik zindandır. Ümumi kütlə isə böyük zindandadır. Qobustandan çıxdım, böyük həbsxanaya daxil oldum. Başqa bir hiss keçirmədim. Bu, Azərbaycanın real mənzərəsidir.”Video
Cəmil Həsənlinin 12 yaşlı nəvəsini - İstintaq İdarəsinə!?
Müxalifətin Milli Şurasının sədri Cəmil Həsənli Facebook-da yazıb: "Bu gün saat 19:20-də prokurorluq formasında olan bir işçi bizə bildiriş gətirmişdi. Bildiriş mənim 12 yaşı avqust ayının 1-də tamam olacaq nəvəm Məmmədova Aytənin sabah, iyulun 31-də saat 16-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması haqqında idi. Bildirişi idarənin rəis müavini, Baş Ədliyyə müşaviri İbayev Pərviz Mansur oğlu imzalamışdı. Mən Aytənin azyaşlı olduğunu bildirdim, nə məqsədlə onun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə maraqlandım. Bundan sonra onu gətirən işçi Pərviz İbayevlə əlaqə saxlayıb bildirişi geri apardı"
Tbilisi kazinolarının əsas gəliri azərbaycanlılardandır
Tbilisidə kazinoların əsas gəlir mənbəyi azərbaycanlı oyunçulardır. Rusiya Oyun Həftəsi -2015 adlı beynəlxalq oyun-əyləncə forum-sərgisində Storm İnternational şirkətinin rəsmisi Lavrenti Gubin deyib ki, Gürcüstanda 2 böyük oyun mərkəzi var- Tbilisidə və Batumidə. Tbilisidə 3 kazino var, Batumidə - 10. Tbilisiyə oynamağa gələnlər Azərbaycan, İran, Tacikistan və Qazaxıstandan olanlardır. Batumiyə Türkiyədən gəlirlər. Ancaq Batumidə VİP oyunçular azdır. Bunlar Tbilisiyə gəlirlər.
Udanlar kimlərdir? Haqqın.az-ın məlumatına görə, Gubin bunu da deyib: “Adətən uduşun 80 faizini oyunçuların 20 faizi götürür. Bu 20 faiz Azərbaycandan, İrandan və Tacikistandan olanlardır”.
Gubin deyir ki, Gürcüstan xəzinəsi kazinolardan əhəmiyyətli gəlir götürür.