-
Özəl sektorda iş saatının daha tez başlaması tövsiyə olunur.
Azərbaycanda iş saatı dəyişdirilir.
Bu barədə Baş nazirin müavini Abid Şərifov ANS-ə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda institutlar, dövlət müəssisələri eyni zamanda işə başlayır: «Əksəriyyəti 9-da, ya da doqquzun yarısında. Biz bu qərarı qəbul etməmişdən qabaq, mən sizə konkret sxemlərdə təqdim edə bilərəm ki, hansı ölkələrdə necədir. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada belədir».
Abid Şərifov deyib ki, özəl sektorda iş saatının daha tez başlaması tövsiyə edirlər:
«Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyəti qurumlarımızdan xahiş edirik, tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın. Onlar işə başlamalıdırlar saat 8-in yarısından səkkizəcən. Dövlət sektoru- 9-un yarısından 10-un yarısına qədər. Bank sektorunda isə iş saat 10-dan başlamalıdır».
Bu il Avropa Oyunları zamanı nəqliyyatda tıxacın və şəhərdə sıxlığın qarşısını almaqdan ötrü iş saatının müxtəlif saatlarda başlaması haqda qərar verilmişdi.