Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:10

Emin Millinin qayını həbs olunub


Emin Milli qaynının həbsinin səbəblərini açır
Gözlə

No media source currently available

0:00 0:09:18 0:00

Emin Milli qaynının həbsinin səbəblərini açır

-

"Meydan TV"nin direktoru Emin Millinin qayını Nazim Ağabəyov həbs olunub. O narkotik maddələrin satışında təqsiləndirilir.

Emin Milli öz facebook hesabında bu ittihamı qondarma və absurd adlandırıb:

“İnsanların qohumları, ailə üzləri vasitəsilə ilə cəzalandırmaq Əliyevin terror rejiminin geniş yayılmış təcrubəsidir. Avropa Birliyi, ABŞ, Britaniya, Almaniya və digər Avropa hökumətləri bütün baş verənləri susqunluqla izləyir. Çünki onlar kriminal rejimlə öz əlaqələrini pozmaq istəmir, bizneslərini davam etdirib, pul qazanmaq istəyirlər”.

Nazim Ağabəyov informasiya texnologiyaları üzrə mütəxəssisdir.

Emin Milli iddia edir ki, bir neçə həftə öncə Əliyev Gənclər və İdman naziri Azad Rəhimov vasitəsilə onu ölümlə hədələyib.


Meydan TV-nin 4 jurnalistinin ölkəni tərk etməsinə qadağa qoyulub:

"Mənim yoldaşımın ailəsi təzyiq altındadır. Onlara edilən təzyiqlər nəticəsində zorla hər hansı bəyanat verə bilərlər. Bu anlaşıla bilər, Amma Əliyev və onun ətrafının jurnalistlərin, fəalləarın və digər Azərbaycan vətəndaşlarının ailələrinə və yaxınlarına etdikləri heç vaxt bağışlanmayacaq".

Emin Milli baş verənlərin onun və Meydan TV-nin susdurulması üçün edildiyini bildirir. Əlavə edir ki, hətta onu, eləcə də bütün ailə üzvlərini öldürsələr belə o dayanmayacaq:

"Həqiqətləri deməyə kimsə məni dayandıra bilməz".

Daxili işlər nazirliyinin sözçüsü Ehsan Zahidov sualları cavablamaqdan imtina etdi.

O, "Emin Milli kimdir? Mən elə birini tanımıram" deyərək, dəstəyi atıb.

Müsavat Partiyası Emin Millinin qaynının həbsini ölkədə repressiya siyasətinin davamı kimi dəyərləndirir. Partiya yaydığı bəyanatda hakimiyyətdən bu siyasətə son qaymağı və siyasi məhbusları azad etməyi tələb edir.

“Son dövrlərdə nəinki siyasi fəallar, həm də onların qohumları və yaxınları repressiya qurbanlarına çevrilir. Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin qardaşı Sirac Kərimli, AXCP üzvü Natiq Ədilovun qardaşı Murad Ədilov, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin yaxın qohumları və digər siyasi fəalların, jurnalistlərin qohumları, yaxınları repressiyaların qurbanı olub”- deyə, bəyanatda bildirilir.

Sənəddə həmçinin qeyd edilir ki, ölkədə 80-dən artıq siyasi məhbus qondarma ittihamlarla həbsdə saxlanılır. Onların arasında siyasi-ictimai xadimlər, hüquq müdafiəçiləri, jurnalistlər var.

İyulun 20-də “Azərbaycan Saatı” televiziya proqramın rəhbəri Qənimət Zahidin əmisi oğlu Rövşən Zahidov saxlanıb. Onun evində axtarış aparılıb və hüquq-mühafizə orqanları narkotik maddə aşkarlandığını bildiriblər.

Jurnalistin daha bir qohumu - qardaşı oğlu Tural Zahidova da 30 sutka həbs cəzası verilib. Jurnalist Qənimət Zahidov bu həbsləri “Azərbaycan saatı” verilişinin fəaliyyəti ilə əlaqələndirir.

Amma Azərbaycan rəsmiləri adətən ölkədə heç kimi siyasi mülahizələrlə təqiblərə məruz qalmadığını, bəzi şəxslərin konkret cinayətlərə görə həbs olunduğunu deyirlər.

XS
SM
MD
LG