Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:31

«Azərbaycanda fəalların şou-məhkəmələri başlanıb»


Leyla Yunus məhkəmədə
Leyla Yunus məhkəmədə

-

«Azərbaycanda tanınmış insan haqları fəallarının həbsindən bir il keçir. Tənqidçilər bu həbslərdə məqsədin iyunda Bakıda keçirilən ilk Avropa Oyunları qabağı narazılığı susdurmaq olmasına inanırlar. Hökumət həmin Oyunları ölkəni iqtisadi, siyasi və mədəni mərkəz kimi təqdim etmək fürsəti sayırdı. İndi stadionlar da boşalıb, medallar da qazanılıb və məhkəmələrə start verilib». «VICE News» saytında Sally Hayden belə yazır.

«ŞƏKİLLƏR MƏNİ QORXUDUR»

Müəllif iyulun 24-də araşdırmaçı-jurnalist Xədicə İsmayılın, 27-də isə Leyla və Arif Yunusların məhkəmə prosesinin başlandığını qeyd edir. Yunusların məhkəməsinə girə bilənlər onların arıqlamasından, xarici görünüşlərinin dəyişməsindən sarsılıblar. Qızları Dinara Yunus hazırda Niderlandda sığınacaq alıb, məhkəməyə getmək imkanı məhduddur. O, «VICE News»a deyib ki, bazar ertəsi (iyulun 27-də) bütün günü internet vasitəsilə valideynlərindən xəbər tutmağa çalışacaq.

«Məni narahat edən tək məsələ onların səhhətidir», - Dinara deyir. «Mənə çox çətindir, bilmirəm nə baş verir, şəkillər məni qorxudur. Atamın əlləri qandallanıb, anamı polislər mühasirəyə alıb».

«Ona pilləkənləri düşməyə belə kömək etmədilər. Çətinliklər yeriyirdi. Mənə elə gəlir onları orda heç qorumurlar, səhhətləri pisləşir və heç bir iş görülmür».

Diana məhkəmənin ədalətli olmayacağını düşünür, «yoxsa valideynlərim orada oturmazdı». Dinaranı xoşbəxt edən bircə məqam isə 37 ildir evli olan və heç vaxt ayrı qalmayan valideynlərinin nəhayət, məhkəmədə də olsa, qovuşmasıdır:

«Eşitdim ki, valideynlərim məhkəmə zalında bir saat ərzində əl-ələ tutub oturublar. Bir tərəfdən xoşbəxtəm ki, bir-birini görüblər, digər tərəfdən həm də kədərlənirəm».

«ONLARDAN BAŞQA KİMSƏM YOXDUR2

Dinara beynəlxalq ictimaiyyəti bu cinayət işinə görə daha çox təzyiq göstərməyə çağırıb: «Bircə an da sakit dayanmaq olmaq. Çünki elə sakitlik yaranan kimi onlara həbsxanada ölüm hökmü verərlər. Beynəlxalq diqqət gözləyirəm. Gözləyirəm ki, səfirliklər məhkəmədə təmsil olunacaqlar».

«Onların azad və təhlükəsiz olmasını, tibbi müalicə almasını istəyirəm. Orada ölməklərini istəmirəm. İstəyirəm yanımda olsunlar. Onlardan başqa kimsəm yoxdur», - Dinara danışır. «İnsan haqları müdafiəçiləri ilə bu cür davranmaq olmaz. Bu insanlar digərlərinə kömək ediblər, həyatlarını insan haqlarına həsr ediblər».

Dinara atası Arif Yunusla.
Dinara atası Arif Yunusla.

Müəllif Azərbaycanda QHT-lərin fəaliyyətinin məhdudlaşdırıldığını, ancaq eyni zamanda prezident İlham Əliyevin ölkədə vətəndaş cəmiyyətinə hörmətdən dəm vurduğunu qeyd edir.

«Hamımız bunun şou-məhkəmə olduğunu bilirik. Bilirik ki, hüququn aliliyindən söhbət getmir», - Niderland Leyborist Partiyasının və Avropa Parlamentinin üzvü Kati Piri «VICE News»a deyib.

BAKIDAKI ƏN KİÇİK MƏHKƏMƏ ZALI

K.Piri iyulun 15-də Yunusların işi üzrə hazırlıq iclasında iştirak edib, deyir ki, proses üçün Bakıdakı ən kiçik məhkəmə zalı seçilib. Prosesi izləmək istəyənlərin yarıdan çoxu bu imkandan məhrum olub.

Yunusların necə görünməsinə gəlincə, K.Piri deyir ki, «onları görmək sarsıdıcı idi. Saxlanmamışdan qabaqkı fotolarda bundan qat-qat yaxşı görünürdülər».

K.Piri-nin sözlərinə görə, Leyla bir əlilə Arifin əlindən tutub, digəri ilə onun başının arxasını yoxlayıb: «Azı yarım saat, 40 dəqiqə, Leyla Yunus oranı yoxlayırdı. Şişin böyüklüyünü yoxlayırdı». Daha sonra Leyla şüşə qəfəsin arxasından rusca «xərçəng» mənasını verən işarəni göstərib.

Dinara anası Leyla Yunusla.
Dinara anası Leyla Yunusla.

Yazıda qeyd olunur ki, Leyla Yunusun insan haqları sahəsindəki fəaliyyəti Avropa Parlamenti tərəfindən tanınıb və o, 2014-cü ildə parlamentin Sakharov Fikir Azadlığı Mükafatına finalçı namizədlərdən biri olub.

BP VƏ BÖYÜK BRİTANİYA

Deputat Piri deyir ki, Yunusların saxlanması məhz siyasi motivli olduğundan Azərbaycan biznes maraqlarına görə onu həll edə bilər. O, BP neft şirkətinin ölkədəki roluna eyham vurur:

«Səmimi deyim, Azərbaycanda belə böyük biznes marağı olan Böyük Britaniya ən ucadan danışanlardan biri ola bilər və olmalıdır da. Azərbaycanın ən böyük biznes tərəfdaşı BP şirkətidir və məncə, Avropa ölkələri içində Azərbaycana ən böyük təzyiq göstərə biləcək ölkə Böyük Britaniyadır».

Parlamentarinin yeganə ümidi onadır ki, Azərbaycan insan haqları müdafiəçilərinin həbsinin nüfuzuna vurduğu ziyanı anlayacaq və onları buraxacaq. Kati Piri də, Dinara Yunus kimi, beynəlxalq diqqətin artırılmasını vacib sayır.

«VICE News» hökumətdən açıqlama almaq istəsə də, buna nail olmayıb.

XS
SM
MD
LG