Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:35

Olimpiada və çempionatlarda medalların üçdə biri cığallıqla qazanılıb


Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasından sızmış məlumatlara görə son on ildə hər yeddi atletdən birinin qan analizi şübhə doğurub

Britaniyanın “The Sunday Times” qəzetinə və Almaniyanın ARD/WRD teleradio şirkərtlərinə sızdırılmış materiallar göstərir ki, yüngül atletikanı “cığallıq böhranı” bürüyüb.

2001 və 2012-ci illər arasında keçirilmiş bütün çempionat və olimpiya oyunlarında qazanılmış medalların, 55-i qızıl olmaqla, 146-sı, başqa sözlərlə üçdə biri “qan analizləri şübhəli” idmançılar tərəfindən qazanılıb

Media qurumlarının əlinə keçmiş analiz nəticələri göstərib ki, 2001 və 2012-ci illər arasında keçirilmiş bütün çempionat və olimpiya oyunlarında qazanılmış medalların, 55-i qızıl olmaqla, 146-sı, başqa sözlərlə üçdə biri “qan analizləri şübhəli” idmançılar tərəfindən qazanılıb.

Bu idmançıların heç biri medallardan məhrum edilməyib. 800-dən artıq idmançı, başqa sözlərlə hər 7 atletdən birinin qan analizi “ciddi dopinq şübhəsi doğuran” nəticə verib.

Rusiya – “dopinqin episentri”

“Ən təmiz Olimpiada” kimi tanınan London Olimpiya Oyunlarında on medal belə şübhəli idmançılara qismət olub.

Britaniya mətbuatı yazır ki, Rusiya “qancoşdurucu maddələrdən istifadə”nin episentridir.

Bəzi məlumatlara görə bu ölkənin idmançıları medallarının 80 faizini dopinqlə əldə ediblər. Keniya 18 belə medal qazanıb.

Bəzi məlumatlara görə bu ölkənin idmançıları medallarının 80 faizini dopinqlə əldə ediblər

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (International Association of Athletics Federations) bu iddialarla razılaşmır və bildirir ki, təşkilat hər il 3500 qan analizi aparır.

Qəzetlər yazır ki, iki həftədən sonra assosiasiyanın yeni prezidenti seçiləcək və britaniyalı lord Sebastian Coe daha şanslı görünür. Onun rəqibi Sergei Bubka-dır.

Cənab Coe deyib ki, prezident seçilərsə, qan analizlərinin aparılmasını assosiasiyaya tabeçilyi olmayan müstəqil quruma verəcək.

XS
SM
MD
LG