Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:43

Neft Fondu itirə-itirə gedir


Şerif. Lokomotiv
Şerif. Lokomotiv

-
Azərbaycan Dövlət Neft Fondu iki ayda 180 milyon itki verib.

Iqtisadçı Samir Əliyevin Neft Fondunun hesabatlarına istinadla təxmini hesablamalarına görə, Fond qızılın ucuzlaşmasından 56 milyon, rublun ucuzlaşmasından 96 milyon, türk lirəsindən 13 milyon, Çin yuanının son iki gündə devalvasiyasından isə 15 milyon dollar itirib.

Müstəqil iqtisadçılar Fondu pis idarəetmədə ittiham edirlər, Neft Fondu isə susur- AzadlıqRadiosunun da sorğusu cavabsız qalıb.

İki günə 15 milyon dollar

İqtisadçı Samir Əliyev yuanın devalvasiyasının Neft Fonduna təsiri haqda deyir:

Samir Əliyev
Samir Əliyev

“Avqustun 12-i günorta saatlarında bu itki 18 milyon idi. Axşam saatlarında bu rəqəm 15 milyona düşdü. Məzənnə dəyişdikcə itkinin məbləği də dəyişir”.
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu deyir ki, Çin yuanının belə olacağı bəlli idi: “Yunanıstanda böhranın təsiri Çin bazarına təsir etmişdi, həmin vaxt Neft Fondunun vəsaitlərini geri çəkmək imkanı var idi, amma bunu etmədi”.

Rusiyada daşınmaz əmlak bazarında 45 milyon itki

Neft Fondu daşınmaz əmlak bazarında da vəsait itirməkdə davam edir.
Təkcə son üç ildə Rusiyada daşınmaz əmlaka investisiyadan Fond təqribən 45 milyon dollar itirib. Qubad İbadoğlu bu haqda deyir:
“Neft Fondu 2012-ci ildə 133 milyon ABŞ dollarına Moskva “Qalereya Aktyor” ofis ticarət mərkəzini alıb, bu müddətdə əmlak 44 milyon ABŞ dollarından çox ucuzlaşıb”.

Qubad İbadoğlu bildirir ki, Rusiyada daşınmaz əmlakın ucuzlaşması gözlənilən idi və Azərbaycan hökuməti bu böhranlı bazara vəsait yatırmaqla Rusiyanın xeyrinə Fondun vəsaitlərini riskə atır. Neft Fondunun aktivlərinin 1.27 faizi rus rublundadır. Fondun həm də Rusiyanın VTB Bankında strateji səhm payı var”.

İlham Şaban
İlham Şaban

Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban deyir ki, problemin kökü Neft Fondunun çox mühafizəkar siyasət yürütməsi ilə bağlıdır. Belə ki, Fond aktiv səhm bazarına investisiya yatırmaqdan və aktiv bazar iştirakçısı olmaqdan çəkinir.

2014-cü ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən Fondun investisiya portfelinin yalnız 6,5 faizi şirkətlərin səhmlərdədir.

İlham Şaban bildirir ki, əgər Neft Fondunun yaxşı mütəxəssisləri olsaydı, Fondun vəsaitlərini daha çox iri şirkətlərin səhmlərini almağa yönəldərdi: “Microsoft, Samsung kimi şirkətlərin səhmləri alınsa idi, vəsaitlər yaxşı idarə olunsa idi, biz indi Neft Fondunun pullarını yığmağa yer tapmırdıq, indiki halda isə Neft Fondu itkilər olmadığı halda belə, 1 faizdən də aşağı gəlir götürür”.

İlham Şaban Norveç Pensiya Fondunun təcrübəsini yada salıb bildirir ki, bu Fond səhmlər almaqla gəlir götürür: “Fond 2009 –cu ildə 87 milyard vəsait itirdi, 2010- cu ildə isə 152 milyard vəsait götürdü. Aktiv bazar risk tələb edir”.

XS
SM
MD
LG