Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:57

Sokratdan Bin Ladenə


Costoca Bradatan'ın kitabı
Costoca Bradatan'ın kitabı

- İdeyası uğrunda ölənlərlə ideyası uğrunda öldürənlər arasındakı uçurum

1989-cu ildə Avropada kommunist rejimləri çökəndə dünya gəncliyi qısamüddətli bir eyforiya yaşadı: “Tarixin sonu”, “İdeologiyaların sonu” və başqa bu kimi şüarlar onlarınn eyforiyasını ifadə edirdi.

Tezliklə illüziya olduğu üzə çıxdı.

Nasizm ideologiyasının çöküşündən sonra Avropa kommunizmi süqut etdi, daha sonra insanlıq başqa bir totalitar dünyagörüşlə - dini fanatizmlə yenidən qarşılaşdı.

Sokrat, Cordano Bruno, Tomas Mor, Jan Patoçka və başqa filosoflar öz Səbəbləri, İdeyaları uğrunda ölmüşdülər, Hitler, Mussolini, Antonescu, Zelea Codreanu (Rumın hərbi diktatoru) da, Buxarin, Trotski, Roza Luksemburq da və bin Laden də, "Quranın könüllü əsgərləri", İŞİD-çilər də ideya uğrunda ölürlər.

Arada böyük fərq var. İdeyalar uğrunda ölənlərlə ideyalar uğrunda öldürənlər arasında böyük uçurum var.

Sokrat və İsa ("Öldürmə!", "Bir yanağına şillə vursalar, o birini çevir", "Bacını sevmək asandır, düşmənini də sev!") hansı ideyalar uğrunda və necə ölürdülər, özünə bomba bağlayaraq başqalarını da öldürən müasirlərimiz hansı ideyalar uğrunda və necə ölürlər?

ABŞ-da "Bloombury" nəşriyyatında çıxmış Costoca Bradatan'ın “İdeyalar üçün ölmək: Filosofların təhlükəli həyatı" kitabı bu ilin ən uğurlu fəlsəfi-publisistik əsərlərindəndir.

Kitabda Sokrat, Cordano Bruno, Tomas Mor, Jan Patoçka və başqalarının fəlsəfəsi təkcə düşüncə üsulu kimi deyil, həm də yaşamaq və ölmək üsulu kimi, filosofların ölümü onların düşünclərinin sınaq meydançası kimi nəzərdən keçirilir.

Kitab bizə yazmaq üçün heç nə qoymayan Sokratın ölümündən başlayır.

“Sokrat metodu” tənqidi düşüncənin böyük bir yoludur. O, özünü eyni zamanda həm laqeyd, həm də təəccüb içində göstərərək, siyasi və intellektual elitanı suallara tutur, şöhrət və zənginlik haqda ənənəvi müdrikliyi çətinliyə salırdı. Fəlsəfəni təkcə doktrina kimi deyil, yaşamaq, düşünmək, ölmək yolu kimi görürdü.

Jan Palach Praqanın Wenceslas Meydanında 1969-cu ilin yanvarında özünə od vurmuşdu, çünki o, Sovet hərbi müdaxiləsinə etiraz edirdi.

“Bir insanın Sokratı necə anlaması onun düşüncəsinin əsasını təşkil edir” Karl Jaspers

Bazar çantalarıyla Tiananmen Meydanında tankların qarşısına çıxan "kiçik adam” da həmçinin.

2010-cu ilin dekabrında özünə od vurmuş Mohamed Bouazizi Ərəb baharına ilham vermişdi, Buddist rahibi Thich Quang Duc 1963-cü ildə özünü yandırdı ki, Vetnamdakı buddistlərə dəstək versin.

Bu insanlar və özünə bomba bağlayaraq ideyası uğrunda başqalarını da öldürənlər arasındakı uçurum kitabın mövzularından biridir.

Bradatan’ın kitabı insan düşüncəsi, insan ruhu, insan bədəni haqda köhnə və yeni debatlar fonunda ölüm haqda danışır.

Oxu Zalı

XS
SM
MD
LG