Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:16

Leyla və Arif Yunuslara hökm oxundu


Yunuslara hökm oxundu
Gözlə
Embed

No media source currently available

0:00 0:01:54 0:00

Yunuslara hökm oxundu

-

KOMİSSAR DƏHŞƏTƏ GƏLİB

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks öz Twitter hesabında Leyla və Yunusların barəsində çıxarılan məhkəmə hökmündən dəhşətə gəldiyini yazır:

"Bu hökm özü-özlüyündə Azərbaycanda insan haqları müdafiəçilərinə qarşı repressiyanın ən parlaq illustrasiyasıdır.

Azərbaycan hakimiyyətinə bu repressiyaları "yetər" deməyin, Avropa Şurasına qoşulmaqla demokratiya, qanunun aliliyinə əməl etməli olduğunu deməyin vaxtı çatıb".

"BU, ÖLÜM HÖKMÜDÜR"

"Human Rights Watch" Təşkilatının Mərkəzi Asiya və Avropa üzrə əməkdaşı Tanya Loksina məhkəmə hökmünü ölüm cəzası kimi dəyərləndirib:

“Bu hökm vergidən yayınma, qrant, xarici fondlardan maliyyələşmə qaydalarını pozmaq kimi əməllərlə bağlı deyil. Bu, insanların cəzalandırılması, onların məhv edilməsidir. Arif və Leyla Yunusların hər ikisinin səhhəti bu cəzanı çəkməyə imkan verməyəcək. Leyla Yunus 8,5 il, Arif Yunus 7 il həbs olundu. Onların fiziki durumları buna tab gətirməyəcək və bu onlar üçün ölüm cəzası deməkdir”.

***

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Leyla və Arif Yunuslara hökm oxunub. Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il yarım, Arif Yunus 7 il həbs olunub. Hökmə əsasən, onların Bakı, Çexiya və Antaliyadakı mülkləri də müsadirə edilib.

Vəkil Əfqan Məmmədov məhkəmədən sonra jurnalistlərə deyib ki, bu günkü məhkəmədən bəraət hökmü gözləyirdi:

"Düzdür, amma daxilən bilirdik ki, həbs olacaq. Ona görə də Leyla xanım da, Arif bəydə həbsə hazır idilər. Hakim bir saat hökm oxudu. İttiham aktında nə yazılmışdısa, hökmdə də eyni ilə təkrarlandı".

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.

Dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istəmişdi.

XS
SM
MD
LG