Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:16

Xəstə səhiyyənin “Şöhrət”i


Hansı sahədə problem baş verirsə, hansı şəxsin haqqında mənfi fikir formalaşırsa, ölkə başçısı həmin şəxsə “Şərəf” və ya “Şöhrət” verir.

“Azadlıq” qəzeti yazır ki, hansı sahədə problem baş verirsə, hansı şəxsin haqqında mənfi fikir formalaşırsa, ölkə başçısı həmin şəxsə “Şərəf” və ya “Şöhrət” verir.

Ölkə vətəndaşı ölkə səhiyyəsinə etibar etmir.

Qəzet yazır: “Oqtay Şirəliyevə “Şöhrət” ordeni verilməsi xəbəri cəmiyyətdə ironiya ilə qarşılandı. Sosial şəbəkələrdə bu hadisə ilə bağlı karikaturalar çəkildi, 1000-lərlə statuslar yazıldı, lətifələr qoşuldu. Çünki, bu gün ölkə əhalisinin böyük əksəriyəti xəstəliklə mübarizə aparır. Elə bir ailə tapmaq olmaz ki, xəstəxana və apteklə ünsiyyəti olmasın. Bu ünsiyyətdən sonra isə əhali İrana, Gürcüstana, Rusiyaya və digər ölkələrə üz tuturlar. Ölkə vətəndaşı ölkə səhiyyəsinə etibar etmir. Hansısa analizin cavabından əmin olmaq üçün həmin analizi başqa ölkələrə göndərirlər. Yaxud, 3-4 həkimin qəbuluna düşürlər ki, xəstəliyin diaqnozundan əmin olsunlar. Yəni, Azərbaycan səhiyyəsi keyfiyyətsiz dərmanların, bahalı müalicənin, yalan diqanozların əsarətindədir. Adamlar həkimə müraciət etməkdən qorxurlar.

“Azərbaycanda güclü sahibkarlar sinfi yaranıb”

“Azərbaycan” qəzeti yazır ki, son 12 ildə Azərbaycanda dövlət proqramlarının yerinə yetirilməsi ilə özəl sektora diqqət artıb.

“2015-ci ilin 8 ayında 3470-dən çox sahibkara 128,5 milyon manat güzəştli kredit verildi. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7900-ə yaxın yeni iş yerinin açılmasına imkan verdi. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il maliyyələşdirilmiş layihələrin sayı 13 faiz artdı. Bu dövrdə güzəştli kreditlərin 86,2 faizi aqrar sektorun, 13,8 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına verilib. Kreditlərin 73,5 faizi respublikanın regionlarının payına düşür”.

Bakıda cəncələ düşənlər

Avtosfer.az saytı yazır ki, ictimai nəqliyyatda kartla ödəniş sisteminin tətbiqinə artıq çoxdan başlanılıb. 743 avtobusda kart sisteminin tətbiqinə keçmək üçün validator qurğuların yerləşdiriləcəyi nəzərdə tutulmuşdu. Ancaq yenə “köhnə hamam, köhnə tasdır”.

“Sərnişinlər yenə də köhnə qayda ilə nağd pul ödənişi edirlər. Sərnişinlərin çoxu isə buna məcburdur, çünki kartdan istifadə etmək üçün avtobusların əksəriyyətində validator qurğuları mövcud deyil. "Kart üçün validator aparatları yerləşdiriləcək dedilər, ancaq yerləşdirilməyib", - deyə 11 nömrəli marşrutun sürücüsü bildirir.

"Bizə də o yeni avtobus sürücüləri kimi maaş verilsə, kart, ya nağd pul olduğuna önəm vermərik", - deyə 46 nömrəli avtobusun sürücüsü dayanacaqda gözləyən yeni sərnişin avtobusuna işarə edir”.

Televiziyaların sosial reklam qorxusu

“Bizim Yol” qəzeti sual edir: şadlıq evlərini təbliğ etmək olar, davranış mədəniyyətini yox?

Psixoloqlar hesab edirlər ki, sosial çarxlarda tanınmış simaların çəkilməsi insanlarda daha inandırıcı effekt yaradır.

Qəzet yazır: “Azərbaycanda müxtəlif mövzularda maarifləndirici istiqamətdə sosial çarxlara böyük ehtiyac var. Psixoloqlar hesab edirlər ki, sosial çarxlarda tanınmış simaların çəkilməsi insanlarda daha inandırıcı effekt yaradır. Azərbaycanda sosial çarxlar qanunvericiliyə əsasən, kanalların yeganə gəlir mənbəyi olan reklam blokunun içində təqdim olunur. Ona görə də efirə gedən belə pulsuz çarxların yayınlanması kanalların maddi marağında deyil”

Qəzet yazlr ki, kolbasanın, sementin və başqa məhsulların bəsit reklamına pul xərcləyincə, reklam şirkətləri sosial mövzulara müraciət etsələr, daha çox rəğbət qazanarlar.

XS
SM
MD
LG