Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:27

Payızda yeni bahalanma


Arxiv fotosu
Arxiv fotosu

Mərkəzi Bankın İdarə Heyəti banklarla bağlı daha bir qərar qəbul edib. Məqsəd banklarda xərclərin optimallaşdırılması, maliyyə resurslarının maya dəyərinin azaldılması, korporativ sosial məsuliyyətin artırılmasıdır.

İqtisadçı Samir Əliyev bu qərarı şərh edərəkən, deyir ki, Mərkəzi Bankın yeni qərarı həm də gələcəkdə problemli kreditlərin yaranmasını önləmək və istehlak kredtləşməsini məhdudlaşdırmaq məqsədi daşıyır. Samir Əliyev bildirir ki, yeni qərarın banklara və əhaliyə aşağıdakı təsirləri olacaq.

Əhaliyə təsiri:

- Əhalinin istehlak kreditlərinə əlçatanlığı azalacaq.
- Bir bankda krediti olanlar, eyni zamanda digər bankdan kredit götürə bilməyəcəklər. Bu da kredit bataqlığına düşməni önləyəcək.

Banklara təsiri:

- İstehlak kreditləşməsi üzrə ixtisaslaşan bankların fəaliyyəti məhdudlaşacaq, gəlirləri kəskin azalacaq.
- Bankları istehlak kreditləşməsi bazarını tərk edərək real sektoru maliyyələşdirməyə sövq edəcək
- İstehlak kreditləri “mikrokreditləşəcək”, yəni mikrokredit adı altında istehlak kreditləşməsi aparılacaq
- Son zamanlar məhdudlaşan müştəri kontingenti daha da məhdudlaşacaq

KREDİT FAİZLƏR NECƏ AŞAĞI SALINA BİLƏR…

Samir Əliyev hesab edir ki, Mərkəzi Bankın 18 avqust tarixli qərarı bankların xərclərini optimallaşdırmağa qismən dəstək verəcək.

O ki qaldı vətəndaşları ən çox düşündərən suala – banklar kredit faiz dərəcələrini aşağı salacaqmı? Samir Əliyev bu məsələdə o qədər də nikbin deyil:

“Mən düşünürəm ki, fundamental addımlar atılmasa ölkədə kredit dərəcələri yaxın zamanlarda azalmayacaq. Çünki faiz dərəcələrini aşağı salmaq təkcə banklardan asılı olan bir məsələ deyil. Mərkəzi Bankın verdiyi mərkəzləşdirilmiş kredirlər bütün banklar üçün əlçatan olarsa, banklar xaricdən maliyyə resursu əldə edərsə, əmənətlərin kredit faizi aşağı düşərsə, zərərlə işləyən filiallar bağlanarsa – bütün bunlar kredit faizlərini aşağı düşməsinə təsir edə bilər”.

Gözlə
Embed

No media source currently available

0:00 0:16:41 0:00
Direct-ə keçid

MƏRKƏZİ BANKIN QƏRARI SOSİAL GƏRGİNLİYİ AZADMAĞA XİDMƏT EDİR

İqtisadçı Qubad İbadoğlunun fikrincə, faiz dərəcələrinin yüksək olmasını şərtləndirən başlıca amil inflyasidır:

“Yay aylarında mövsümi amillərlə əlaqədar olaraq xüsusilə də kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma qeydə alınsa da, son qiymətləndirmələr payız və qış aylarında daha yüksək inflyasiya gözləntisinin olduğunu göstərir. Çünki, mövsümi amillər qiymətlərə artırıcı təsir göstərməyə başlayıb. Bununla yanaşı, ərzaq bazarında hökmran mövqeyə mailk olan şirkətlər yeni qiymət siyasəti ilə daha yüksək inflyasiyanı stimullaşdırırmağa başlayıblar. Odur ki, həm biznes və həm də istehlakçılar yeni inflyasıya dalğasına hazır olmaldır. İnflyasiyanın artımının yeni dalğası həm əhalinin və həm də biznesin xərclərini artırmaqla Mərkəzi Bankın kredit faizlərinin aşağı düşməsi ilə əlaqədar verdiyi son qərarlarının əhəmiyyətini də xeyli kiçildəcək və sosial vəziyyətin gərginləşməsinə xidmət edəcək”.

Qubad İbadoğlu yada salır ki, bəzi beynəxlalq təşkilarlar Azərbaycan üzrə 2015-ci il üçün inflyasiya proqnozunu artırıb - Beynəlxalq Valyuta Fondu 8,5 faiz, Moody 's kredit-reytinq agentliyi 9 faiz elan edib.

XS
SM
MD
LG