-
Avqustun 21-dən 30-dək Londonda keçiriləcək otüstü xokkey üzrə Avropa çempionatında qalib komandalara təqdim ediləcək medallar dəsti Bakıda hazırlanıb. Dəsti hazırlayan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin «Azərsuvenir» Məhdud Məsuliyyətli Cəmiyyətidir. «Azərsuvenir» bu hüququ tender əsasında qazanıb.
Çempionat ərəfəsində «EuroHockey-2015» medallarının Britaniya paytaxtında təntənəli təqdimat mərasimi keçirilib.
Məlumatı AZƏRTAC yayıb.
«Azərsuvenir» MMC-nin direktoru Tariyel Ağayev ciddi rəqabətlə üzləşdiklərini bildirib: «Tenderdə medal istehsalı sahəsində tanınmış brendlər iştirak edirdi. Ancaq tender komissiyası üstünlüyü «Azərsuvenir»ə verdi. Əlbəttə, bu, təsadüfi deyil. «Azərsuvenir» bundan əvvəl «Bakı-2015» ilk Avropa Oyunlarının medallarını hazırlayıb. Mütəxəssislər «Bakı-2015»in medallarını bütün parametrlərinə görə yüksək qiymətləndirdilər».