BMT-nin insan haqları üzrə ekspertləri hüquq müdafiəçiləri Leyla və Arif Yunus barədə çıxarılan məhkəmə hökmünü pisləyiblər.
Onlar hökmün siyasi motlivli olduğunu və bunun ölkədə müstəqil vətəndaş cəmiyyətinə qarşı repressiyaların davam etdirilməsindən xəbər verdiyini deyirlər.
Ekspertlərin bəyanatdında deyilir ki, Azərbaycan hakimiyyəti ölkədə insan haqları fəallarına qarşı bütün təqibləri təcili dayandırmalıdır.
Bəyanatda Arif və Leyla Yunusla yanaşı hazırda həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli, Rəsul Cəfərov və İntiqam Əliyevin də adları çəkilir, onların da insan haqları sahəsində qanuni fəaliyyətlərinə görə həbs olunduqları bildirilir.
Ekspertlər həmçinin Leyla və Arif Yunusların istintaq və bütün məhkəmə prosesi boyu səhətlərinin pisləşməsindən narahatlıq bildirir, Azərbaycan hakimiyyətini onların təcili tibbi yardımla təmin olunmasına şərait yaratmağa çağırırlar.
Ekspertlər hər iki məhkəmə prosesinin ədalətli məhkəmə standartları və beynəlxalq normalara uyğun olmadığını bildirirlər.
Onlar həmçinin müstəqil beynəlxalq müşahidəçilərin məhkəmə prosesinə buraxılamamasından narahatlıq bildirir, Azərbaycan hakimiyyətini insan haqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhtəliklərə əməl etməyə çağırırlar.
Bəyanatda deyilir ki, hökumət insan haqları sahəsində dinc və qanuni mübarizəsinə görə, təqib, hədə-qorxu vəqisala üzləşən hüquq müdafiəçilərinin müdafiəsinə görə cavabdehlik daşıyır.