Keçmiş sovet ölkələrindən Azərbaycanla yanaşı, Qazaxıstan 120-ci, Belarus 128-ci, Tacikistan 149-cu, Özbəkistan 160-cı, Türkmənistan 162-ci yerdə olmaqla avtoritar ölkələrin sırasını təşkil edir. Qonşu İran isə avtoritar ölkələrin siyahısında 139-cu yerdədir.
Estoniya 33, Litva 39, Latviya 43, Ukrayna 52, Moldova 62-ci yerləri tutmaqla qüsurlu demokratik ölkələrə aid edilir.
Sənəd müəlliflərinin fikrincə, Rusiya (102), Gürcüstan (104), Ermənistan isə (110) demokratiyanın hibrid – qatışıq formasındadır.
Tam demokratik ölkələrin siyahısına İsveç başçılıq edir. ABŞ isə bu siyahıda 17-ci sıradadır.
Hesabatda bildirilir ki, son onilliklərdə demokratiya sahəsində irəliləyişlərə baxmayaraq, dünya əhalisinin ancaq 13 faizi tam demokratik ölkələrdə yaşayır. 40 faizi isə hələ də avtoritar idarəetmədən əziyyət çəkir.