Polis etirazçılara qarşı güc tətbiq edir
Mingəçevirdə Bəhruz Hacıyevin dəfnindən sonra etirazçılarla polis arasında yaranmış qarşıdurmada polis güc tətbiq edib.
Polis əvvəlcə etirazçılardan yolu boşaltmağı tələb edib. Aksiyaçılar yolu boşaltmayıb. Bundan sonra polis dəyənəklərlə qalxanlara vura-vura aksiyaçılara yaxınlaşıb. Etirazçıları dağıtmağa, döyməyə, tutmağa başlayıb.
Polis mağazaların qarşında dayanmış adamlardan içəri keçməyi tələb edib.
Çevik Polis Alayının polisləri isə səs bombası, gözyaşardıcı qazdan istifadə edib.
Mərhumun yaxınları bildirib ki, Bəhruz Hacıyevin ölümünə görə yerli polis idarəsinin rəisi Ələsgər Bədəlov məsuliyyət daşıyır, o cəzalanmalıdır.
Aksiyaçılar etirazların davam edəcəyini bildirir.
İnsanlar etiraz üçün polis bölməsinə gedirlər
Polis idarəsinin qarşısına yürüş edənlər «Qardaşımızın qanı yerdə qalmayacaq», «Qanını yerdə qoymayacağıq» şüarları səsləndiriblər.
Polis etirazçıları gözləyir...
Mingəçevir. Polis idarəsinin yaxınlığı...