Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:01

Belarus prezidenti siyasi məhbusları əfv etdi


Belarus prezidenti Aleksandr Lukaşenko "gözlənilmədən" 6 siyasi məhbusun əfv edilməsi haqqında fərman imzalayıb

Belarusun Dövlət İnformasiya Agentliyi BelTA xəbər verir ki, prezident Aleksandr Lukaşenko 6 siyasi məhbusun əfv edilməsi haqqında fərman imzalayıb. Əvf olunanlar arasında prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç də var.

Bu barədə avqustun 22-də BelTA-nın müxbirinə Lukaşenko özü deyib. O bildirib ki, “humanizm prinsipləri əsasında” Nikolay Dedkov, İqor Alineviç, Statkeviç, Yevqeni Vaskoviç, Artyom Prokapenko və Yuriy Rubtsovu əfv etmək və məhbəsdən buraxmaq qərarına gəlib.

Prezident Lukashenko deyib ki, məhbusları "humanizm" aktı kimi azad edib
Prezident Lukashenko deyib ki, məhbusları "humanizm" aktı kimi azad edib

Statkeviçin həyat yoldaşı Marina Adamoviç radionun Belarus xidmətinə bildirib ki, qəflətən əri ona zəng edib və azadlığa buraxıldığını və yerli vaxtla axşam saat 9:50-də Minsk stansiyasına gələcəyini deyib.

Statkeviç özünün də namizəd olduğu 2010-cu ilin prezident seçkilərindən sonra tutulub və ona “kütləvi iğtişaşların təşkilində” təqsirli bilinərək 2011-ci il mayın 26-da 6 il həbs cəzası kəsilib.

Statkeviç prezident seçkilərinin nəticələri elan edildikdən sonra Minskin mərkəzində keçirilən dinc aksiya zamanı saxlanmışdı.

Mitinq müxalifət partiyaları və onların tərəfdarları tərəfindən seçkinin nəticələrinə etiraz olaraq olaraq təşkil edilmişdi. Onların fikrincə, seçkilər Lukaşenkonun xeyrinə saxtalaşdırılmışdı.

Statkeviç ona qarşı ittihamı rədd edərək bildirmişdi ki, təqiblər siyasi motivlidir və onun müxalif fəaliyyəti ilə bağlıdır.

Seçkiqabağı humanizm jesti

6 məhbusun azad edilməsi oktyabrın 11-də keçiriləcək prezident seçkilərinə 2 ay qalmış həyata keçirilir.

Avropa Birliyi bəyan edib ki, siyasi məhbusların azad edilməsi Brüssellə Minsk arasında münasibətlərin nizama salınması üçün əsas zəmanət idi.

Belarus politoloqu Yuriy Çausov RFE/RL-ə deyib ki, Lukaşenko siyasi məhbusları Qərb ölkələri gələcək seçkinin legitimliyini qəbul etsin deyə azadlığa buraxıb

Belarus politoloqu Yuriy Çausov RFE/RL-ə deyib ki, Lukaşenko siyasi məhbusları Qərb ölkələri gələcək seçkinin legitimliyini qəbul etsin, heç olmasa, seçkilərin nəticəsini ötən dəfəki kimi tənqid etməsin deyə azadlığa buraxıb.

Lukaşenko 1994-cü ildən Belarusun avtoritar başçısı olaraq qalır və 11 oktyabrdan sonra prezident kimi 5-ci müddətdə də iş başında olacaq.

Avtopada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Belarusa avqustun 26-dan başlayaraq uzunmüddətli müşahidə missiyası göndərməyə razılıq verib. Bu barədə Belarusun Mərkəzi Seçki Komissiyası avqustun 21-də elan edib.

“Hökumətə xas olmayan nəcib hərəkət”

Artyom Prokopenkonun atası Anatoli Prokopenkonun sözlərinə görə, oğlu qısaca olaraq avqustun 23-də evdə olacağını xəbər verib.

Artyom Prokopenko anarxist hərəkatın üzvüdür və 2011-ci il mayın 18-də “qatı xuliqanlığa görə” cəzasını ciddi rejimli koloniyada çəkmək şərtiylə 7 il azadlıqdan məhrum edilmişdi.

İqor Alineviçin anası Valentina Alineviç isə deyib ki, oğlunu qucaqlayandan sonra onun azad olduğuna inanacaq. O bu hadisəyə “çox şad” olduğunu və İqor həbsxanada qaldığı müddətdə “hamıya dəstəyə və həmrəy olduqlarına görə təşəkkür etdiyini” söyləyib.

Mikalay Statkevich tərəfdarlarını salamlayır
Mikalay Statkevich tərəfdarlarını salamlayır

Valentina Alineviçin dediyinə görə, oğlunu niyə azad etmələri haqda heç bir anlayışı yoxdur. Eyni zamanda “bunu hakimiyyətə xas olmayan nəcib jest kimi qiymətləndirir”.

Prezident seçkilərində namizəd olan Tatyana Karatkeviç RFE/RL-ə bildirib ki, məhbusların azad edilməsi “mümkün olan ən yaxşı xəbərdir” və azadlığa qovuşan 6 nəfər evinə qayıtdığına görə sevinir.

O əlavə edib ki, Lukaşenko “Avropa Birliyinə tərəf addım atıb”, bu onun fikrincə “mürəkkəb iqtisadi vəziyyətlə” bağlıdır.

Karatkeviç “gələcəkdə siyasi məhbusların olmaması” və payızdakı prezident seçkilərinin ”ədalətli və açıq keçirilməsinin” vacibliyini vurğulayıb.

XS
SM
MD
LG