Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:34

Poroshenko dəyişikliyə "hə" deməyə çağırır


Poroshenko18 Avqust 2015
Poroshenko18 Avqust 2015

Ukrayna prezidenti Petro Poroshenko ölkəsindəki bütün siyasi qüvvələrə çağırış edərək onun planını dəstəkləməklərini istəyib. Söhbət ölkə başçısının ölkənin şərqində separatçı münaqişəyəvə,özünün dili ilə desək, “Rusiya təcavüzü”nə son qoymaq üçün konstitusiya dəyişikliyi planından gedir.

Poroshenko Ukraynanın müstəqillik günü ərəfəsində Kiyevdə bayraq ucaldılması mərasimindən yararlanaraq öz tərəfdaşlarına səslənib ki, öz tərəddüdlərinə son qoysunlar və Ukraynanın şərqinə xüsusi status verilməsini nəzərdə tutan kostitusiya dəyişikliyini dəstəkləsinlər.

Dəyişiklik ilk olaraq parlamentdə avqustun 31-də səsə qoyulacaq. İkinci mərhələyə keçməsi üçün 226 lehinə səsin olması vacibdir. Bir qrup, xüsusilə də hərbi qüvvələrə bağlı olan qrup Rusiya yönlü separatçılara hər hansı güzəştə getməyin əleyhinədir.

XS
SM
MD
LG