Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:27

Avtosevislərə reydlər keçiriləcək


Foto illüstrasiya
Foto illüstrasiya

-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti sentyabrda avtoyuma məntəqələrinə reydlər keçirəcək.
Bu, ölkədə elan olunmuş «Təhlükəsiz iş aylığı» çərçivəsində baş tutacaq.

Bu haqda xidmətin rəisi Fuad Əlizadə məlumat verib.

Fuad Əlizadə bildirib ki, məqsəd iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasıdır. O deyib ki, əmək qanunvericiliyinin, əməyin mühafizəsi normalarının daha çox pozulduğu iş sahələri sırasında avtomobillərə texniki xidmət və avtoyuma məntəqələri də var:

«Gələn ay belə müəssisələrdə və istehsalat qəzası riski yüksək olan digər sahələrdə əmək qanunvericiliyinə əməl olunması vəziyyəti yerindəcə araşdırılacaq».

XS
SM
MD
LG