Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:04

Jurnalistləri canlı efirdə güllələyən özünü də öldürüb


Vester Flanagan
Vester Flanagan

Polis xəbər verir ki, 41 yaşlı Vester Lee Flanagan həmin WDBJ7 TV kanalınınkeçmiş işçisi olub.

ABŞ-ın Virciniya telekanalının iki jurnalistini canlı efirdə öldürən şəxs sonradan özünü də vurub.

Polis xəbər verir ki, 41 yaşlı Vester Lee Flanagan həmin WDBJ7 TV kanalının keçmiş işçisi olub.

Peşəkar təxəllüsü Bryce Williams olan bu şəxs özünü vurarkən avtomobilində polis tərəfindən mühasirəyə alınıbmış.

O bundan 8 saat əvvəl əvvəl WDBJ7 TV kanalının aparcıısı Alison Parker-i və operator Adam Ward-u canlı efir zamanı odlu silahdan atəş açmaqla öldürmüşdü.

Lakin intihar etməzdən əvvəl o jurnalistləri öldürdüyü səhnəni əks etdirən videonu internetə yükləmişdi.

Cənab Flanagan-ın tvitter hesabı göstərib ki, o öldürdüyü keçmiş həmkarlarına düşmənçilik bəsləyirmiş.

Jurnalistləri öldürən onların keçmiş həmkarı imiş

ABC News kanalı xəbər verib ki, Flanagan tərəfindən göndərildiyi güman edilən 23 səhifəlik faks alıb.

Bu məktubda jurnalistlərə hücumun bu ilin əvvəllərində afro-amerikalıların kilsəsinə ağdərili silahlı tərəfindən edilən basqına cavab olduğunu bildirib.

Flanagan məktubda həmçinin keçmiş iş yerində üzləşdiyi irqçılıkdən və qısnamalardan gileylənir.

Çəkiliş zamanı jurnalistin suallarına cavab verən qadın hazırda xəstəxanadadır. Onun vəziyyəti ağır olsa da, sabitdir.

Flanagan-ın keçmiş rəisləri bildiriblər ki, o “kollektivdə işləməsi çətin olan bədbəxt birisi” olub.

Bu da bəlli olub ki, Flanagan işdən azad ediləndə, onu telekanalın binasından polis müşaiyəti ilə çıxarıblarmış.

Şəxsi dram

WDBJ7 telekanalının başqa bir aparıcısı - Chris Hurst bildirib ki, o öldürülən jurnalist, xanım Parkerlə sevgi münasibətlərində olub.

Hurst-ün Facebook səhifəsindən
Hurst-ün Facebook səhifəsindən

Hurst özünün Facebook hesabında sarsıldığını yazır.

“Biz 9 ay idi ki, birlikdə yaşayırdıq. Avqustun 24-də onun ad gününü də birlikdə qeyd etmişdik. Evlənmək istəyirdik. Bu mənim həyatımın ən xoşbəxt çağları idi. Mən indi daşa dönmüşəm…” – yazıb aparıcı.

Ağ Ev də danışıb

Siyasi təhlilçilər bildirirlər ki, Virciniyada baş vermis bu qanlı hadisə Amerika cəmiyyəti üçün iki ən ağrılı məsələni yenidən siyasi gündəmə gətirəcək.

Bunlardan biri irqçiliyin təzahürləri, digəri isə odlu silahların sərbəst satışıdır.

Ağ Evin sözçüsü Josh Earnest jurnalistlərlə söhbəti zamanı şəxsi silahlara nəzarət barədə yeni qanun layihəsinin qəbul olunmasına çağırıb.

O deyib ki, yalnız Konqresin həll edə biləcəyi sağlam düşüncə tələbləri var.

XS
SM
MD
LG