Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:24

Azərbaycanda da benzin ucuzlaşacaqmı?


Ukraynada SOCAR-ın benzindoldurma məntəqəsi
Ukraynada SOCAR-ın benzindoldurma məntəqəsi

-

Dünya bazarında xam neft ucuzlaşdıqca, benzinin də qiyməti aşağı düşür. Hətta SOCAR-ın Gürcüstan, Türkiyə, Rumıniya və digər ölkələrdə olan benzindoldurma məntəqələrində də ucuzlaşma var.

BƏS, AZƏRBAYCANDA BENZİNİN UCUZLAŞMASI GÖZLƏNİRMİ?

SOCAR-ın sözçücü Nizaməddin Quliyev deyir ki, qiymətlərin aşağı salınması ilə bağlı sual onlara yox, Tarif Şurasına verilməlidir:

“Gürcüstan, Ukrayna və digər ölkələrdə qiyməti bazar tənzimləyir. Azərbaycanda benzinin qiymətinin qaldırılması və ya aşağı salınmasına Tarif Şurası baxır. Ona görə də bu sual bizə yox, Tarif Şurasına verilməldir”.

SOCAR MÜRACİƏT ETMƏSƏ NECƏ QİYMƏT DƏYİŞƏ BİLƏR?

Tarif Şurasının sözçüsü Abbas Əliyev isə topu təzədən SOCAR-ın meydançasına göndərir. Deyir ki, SOCAR Tarif Şurasına qiymətin ucuzlaşdırılması ilə bağlı müraciət etməlidir ki, Şura da bu məsələni müzakirəyə çıxarsın:

“Hansısa bir qiymətin dəyişdirilməsi ilə bağlı ilk öncə Tarif Şurasına müraciət olmalıdır. Müraciətdə qiymətin niyə dəyişdirilməsi əsaslandırılmaldır. Tarif Şurası müraciəti müzakirəyə çıxarır və qərar qəbul edir. Tarif Şurasına bu haqda müraciət edilmədiyindən Şuranın gündəliyində neft məhsullarının qiymətinin dəyişdirilməsi ilə bağlı məsələ yoxdur”.

Tarif Şurası sonuncu dəfə Azərbaycanda neft məhsullarının qiymətinin dəyişdirilməsi ilə bağlı 2013-cü ilin dekabrında qərar verib. Həmin qərarla qiymətlər azı 30 faiz bahalanıb.

SOCAR İSTEHSAL ETDİYİ BENZİNİ YALNIZ AZƏRBAYCANDA SATIR…

Gözlə

No media source currently available

0:00 0:01:56 0:00
Direct-ə keçid


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanda yaxın zamanda benzinin ucuzlaşmasını gözləmir:

“Baxmayaraq ki, dünya bazarında ötən bir ildə xam neftin qiyməti azı 50 faiz ucuzlaşıb. Amma bunun Azərbaycanda qiymətlərə təsir edəcəyini düşünmürəm. SOCAR Gürcüstan, Ukrayna və digər ölkələrdə satdığı avtomobil benzinini Azərbaycandan ixrac etmir. Elə həmin ölkələrdən benzini alır, bununla da həmin ölkənin oyunçusuna çevrilir. Rəqabətə uyğun işini qurur, qiymətləri də bazar müəyyənləşdirir. SOCAR öz istehsal etdiyi benzini yanlız daxili bazar üçün nəzərdə tutur. Təsəvvür edin, Azərbaycanda bir ilə 100 min avtomobil idxal olunur. Yəni, Azərbaycanın özü böyük benzin istehlakçısıdır. Aİ 92-93 markalı benzinin az qala 100 faizi, Aİ 95, Aİ 98 markalı benzinin isə hardasa 80 faizi SOCAR-ın payına düşür. İqtisadiyyatı inhisar üzərində qurulan ölkələrdə qiymətləri bazar tənzimləmir”.

Azərbaycanda hazırda benzinin qiymətini aşağıdakı kimidir:

Dizel - 0.60 AZN

AI 92 - 0.70 AZN

AI 95 - 0.95 AZN

AI 98 - 1.18 AZN

XS
SM
MD
LG