UEFA Avroliqanın pley-off mərhələsi çərçivəsində “Qəbələ” - “Panathinaikos” matçında 2-2 hesabı ilə heç-heçə nəticəsi qeydə alınıb.
Afinada keçirilən bu matçın artıq 6-cı dəqiqəsində hesabı “Qəbələ”nin hücumçusu Dodo açıb.
Bundan sonra, 34 dəqiqədə Marcus Berg hesabı bərabərləşdirib.
60-cı dəqiqədə yenə də Dodo komandasını irəli çıxarıb və nəhayət Nano 78-ci dəqiqədə hesabı bərabərləşdirib.
Lakin bu qol matçı xilas etsə də, “Panathinaikos”u xilas edə bilməyib.
Bundan əvvəl Azərbaycanda keçirilən ilk oyunda 0-0 hesabı qeydə alındığına görə, mövcud qaydalar əsasında rəqib meydançada 2 qol vurmuş “Qəbələ” növbəti mərhələyə keçib.