Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:15

Mənzillər 23 faiz ucuzlaşıb


Bakı, arxiv fotosu
Bakı, arxiv fotosu

2015-ci ilin əvvəlindən evlərin qiyməti 23 faiz ucuzlaşıb. Amma ucuzlaşma ancaq dollarla ifadədədir. Manatla ifadə də isə mənzillərin qiyməti 4 faiz bahalanıb.

Azərbaycanda manatın dollara nisbətən 34 faiz ucuzlaşması daşınmaz əmlakdan da yan keçməyib.

"KEÇƏN İL 75 MİN MANAT OLAN MƏNZİL, İNDİ 82 MİNDİR"

2 ildir nişanlı olan Oqtay Əliyev deyir ki, hər il mənzillərin qiymətinin ucuzlaşmasını gözləyir. Amma əksinə mənzillər bahalanır:

“Biz Yasamal rayonunda mənzil almaq istəyirik. Həm işə yaxındır, həm də qohum-əqraba o tərəflərdə olur. Keçən ilə evlənməyi fikirləşdirdik. Xeyli mənzillərə baxdıq. Hardasa iki otaqlı ortabab evlər 70-90 min arasında idi. Bizim 75 minə almaq istədiyimiz ev indi olub, 82 min manat. Evin sahibindən soruşuruq bəs niyə belə bahalanıb. Deyir ki, bahalanmayıb, əksinə ucuzlaşıb. Çünki manat ucuzlaşıb, hər min dollarda 120 manat itirirlər”.

31 yaşlı Oqtay əlavə edir ki, mənzilin sahibi də gileylənirdi. Deyir ötən bir ildə mənzilə 2-3 real alıcı gələ, ya gəlməyə.

BİR İLDƏ: MANATLA 7 FAİZ BAHA, DOLLARLA 21 FAİZ UCUZ...

«NBA Consulting Group»un rəhbəri Nüsrət İbrahimov deyir, ötən illə müqayisədə daşınmaz əmlak bazarında fəallıq 5 dəfəyə qədər aşağı düşüb, alıcıların sayı xeyli azalıb.

Nüsrət İbrahimov
Nüsrət İbrahimov

Ötən müddətdə daşınmaz əmlak bazarında aşağıdakı dəyişimlər olub:

· 2015-ci ilin əvvəlindən dollarla ifadədə qiymət 23 faiz ucuzlaşıb

· 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz ucuzlaşıb

· 2015-ci ilin əvvəlindən manatla ifadədə qiymətlər 3,6 faiz bahalanıb

· 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 7 faiz bahanıb

Nüsrət İbrahimov deyir ki, daşınmaz əmlak bazarında ucuzlaşma davam edəcək:

“Qiymətlər 2016-2017-ci illərdə aşağı düşməyə meyilli olacaq. 2018-ci ildə düşmə tempi qismən azalacaq, amma az-az düşməkdə davam edəcək. Uzun müddətdə qiymətlərin azalması qaçılmazdır”.

Gözlə

No media source currently available

0:00 0:02:53 0:00
Direct-ə keçid

BAKIDA MƏNZİLLƏRİN QİYMƏTİ...

Hazırda daşınmaz əmlak bazarında qiymətlər aşağıdakı kimidir (orta qiymət):

Təkrar mənzil bazarı: 1 kvadrat metr 1605 dollar
Yeni tikililərdə (təmrsiz): 1 kvadrat metr 1036

Şəhərdə yerinə, binanın növünə və mənzilin vəziyyətinə görə, 1 otaqlı mənzillər 55-65 min manat, 2 otaqlı 65-80 min manat, 3 otaqlı 90-120 min manat arasında dəyişir.

XS
SM
MD
LG