Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:33

Joe Biden telefonla Poroshenko ilə danışıb


Joe Biden və Petro Poroshenko
Joe Biden və Petro Poroshenko

-

Avqustun 28-də ABŞ-ın vitse-prezidenti Joe Biden və Ukrayna prezidenti Petro Poroshenko telefon danışığında Donbasdakı durumu, siyasi və iqtisadi islahatların gedişini, Minsk anlaşmasının necə yerini yetirilməsini müzakirə ediblər.

Ağ Evin bəyanatına görə, Biden Poroshenko-nu Ukraynanın borclarının restrukturizasiyası yönündə kreditorlarla əldə edilən razılaşmaya görə təbrik edib. O, həmçinin oktyabrda yerli orqanlara keçiriləcək seçkilərə islahatçı qüvvələrin vahid namizəd siyahısı ilə getməyini də alqışlayıb.

Vitse-prezident deyib ki, Birləşmiş Ştatlar Porosheko-nun təklifi ilə Konstitusiyaya hakimiyyətin desentralizasiya edilməsi ilə bağlı düzəlişləri dəstəkləyir. Bu düzəlişlər Minsk razılaşması çərçivəsində Kiyevin üzərinə götürdüyü öhdəliklərə uyğundur və unitar dövlət prinsipinə zidd deyil.

Joe Biden separatçıların yeni ərazilər işğal etmək və Ukrayna qanunlarının ziddinə gedərək yerli seçkilərin keçirilməsi haqda bəyanatlarını kəskin tənqid edib. Onun qənaətincə bu, Minsk anlaşmasının birbaşa pozulmasıdır.

XS
SM
MD
LG