Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:16

Bakıda tikinti şirkətinə basqın olub


Foto illüstrasiya
Foto illüstrasiya

-

Hadisə avqustun 28-də gecə saat 04:00 radələrində baş verib. Naməlum şəxslər «Qaraçay» tikinti şirkətinin ofisinə soxularaq oradan içi pulla dolu olan seyfi aparıblar.

Xətai rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, basqınçılar ofisin mühafizəçisi, 1948-ci il təvəllüdlü Zama Bəşirovanı bıçaqla hədələyərək onun əl-qolunu bağlayıblar. Daha sonra ofisə girərək içində 50 min manat və şirkətin sənədləri olan seyfi oğurlayıblar.

Basqınçıların şəxsiyyəti hələ müəyyən edilməyib. Polis faktla bağlı araşdırma aparır.

XS
SM
MD
LG