Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:53

Milli Dram Teatrının yeni bədii rəhbəri


Azərpaşa Nemət
Azərpaşa Nemət

Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, professor Azərpaşa Nemət (Nemətov) Akademik Milli Dram Teatrın yeni təsis olunmuş bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.

Nazirliyin saytında verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi avqustun 31-də bununla bağlı əmr verib.

Azərpaşa Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində, rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. O, uzun illər Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. O, Azərbaycan Dövlət Konservatoriyasında, bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub və rejissor Mehdi Məmmədovun kursunu bitirib.

A.Nemətov 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında fəaliyyət göstərib, sonra uzun illər Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor (1983-1990) vəzifələrində çalışıb.

1990-cı ilin aprel ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru kimi «Ah, Paris, Paris!..» (Elçin), «Mənim sevimli dəlim» (Elçin), «Hamlet« (Uilyam Şekspir), «Boy çiçəyi» (İlyas Əfəndiyev),«Şah Qacar» (Əli Əmirli) əsərlərini səhnələşdirib.

Son günlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə rəhbər şəxsləri arasında narazılıqlar yaranıb və bəzi aktyorlar öz narazılıqlarını Facebook sosial şəbəkələrdə də dilə gətiriblər.

XS
SM
MD
LG