-
Azərbaycan Türkiyə və Çinlə daha keyfiyyətli cizgi filmlərinin istehsalı üçün danışıqlar aparır.
Bunu Trend-ə Cəfər Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasının direktoru Müşfiq Hətəmov söyləyib.
Müşfiq Hətəmovun dediyinə görə, Azərbaycanda cizgi filmləri sektorunun inkişaf etdirilməsi üçün digər addımlar da atılır:
«Yaxın gələcəkdə cizgi filmlərinin istehsalı üçün yeni texnika alınacaq. Bilirik ki, bu sahənin inkişafı üçün böyük texniki bazaya ehtiyac var. Eyni zamanda, yeni kadrların hazırlanması da planlaşdırılır».
Direktor hazırda Azərbaycanda bir cizgi filminin istehsal olunduğunu vurğulayaraq bildirib ki, yeni cizgi filmlərin çəkilməsi istisna deyil.