Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:56

ABŞ səfiri partiya rəhbərləri ilə görüşüb


Robert Cekuta
Robert Cekuta

-

Sentyabrın 8-də ABŞ səfiri Robert Cekuta «Azadlıq-2015» seçki blokuna daxil olan partiya rəhbərləri ilə görüşüb. Görüş Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında baş tutub.

Görüşdə iştirak edən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn «Yeni Müsavat»a deyib ki, əsasən ölkə gündəmində olan məsələlər müzakirə olunub:

«Görüş bir həftə bundan əvvəl səfirlik tərəfindən istənilmişdi və müddəti sentyabrın 8-nə razılaşdırılmışdı. Görüş 1 saat yarımdan çox çəkdi. Azərbaycan-ABŞ münasibətlərinə cənab səfirin və siyasi partiyaların baxışı, seçkilər, müxalifət arasındakı dialoq məsələlərinə olan münasibət barədə fikir mübadiləsi aparıldı. Demokratiya, insan haqları və Qarabağ məsələsi barədə mövqelər müzakirə olundu. Cənab səfir bu məsələlərdə ABŞ-ın mövqeyini bizə çatdırdı. Siyasi məhbuslar və digər maraq kəsb edən məsələlər istiqamətində də söhbət oldu. Çox maraqlı söhbət oldu. Prinsip etibarı ilə ifadə edə bilərik ki, ABŞ-Azərbaycan münasibətləri üçün faydalı görüş oldu».

Pənah Hüseynin dediyinə görə, əsas müzakirə olunan problemlərdən biri də iqtidar-müxalifət dialoqu olub. Səfir deyib ki, dialoqu maraqla izləyir və xüsusi diqqətdə saxlayır.

«Azadlıq – 2015» seçki bloku bu ilin fevralında 2015-ci il Milli Məclisə seçkilərlə bağlı təsis olunub. BlokaKXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, Azadlıq, AXP partiyaları qoşulub.

XS
SM
MD
LG