Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:20

NATO narahatdır


ABŞ rəsmiləri bildirirlər ki, Rusiya son iki gündə Suriyaya əlavə olaraq təyyarə və iki tankdaşıyan gəmi göndərib.

ABŞ və NATO Rusiyanın Suriyada getdikcə artmaqda olan hərbi fəaliyyətlərindən narahatlıq ifadə edib.

NATO-nin baş katibi Jens Stoltenberg deyib ki, Rusiyanın Suriyaya qoşun və hərbi texnika cəmləşdirdiyi barədə xəbərlər doğrularsa, bu, münaqişənin çözümünə heç də kömək etməyəcək.

ABŞ dövlət katibi John Kerry bu barədə nigarançılığını Rusiyanın xarici işlər naziri Lavrova telefonla söhbətində bildirib.

Rusiya bildirir ki, o Suriyaya yalnız hərbi ekspertlər göndərib.

Müxbirlər deyirlər ki, Moskvanın dəstəyi olmasaydı prezident Bashar al-Assad indiyədək devrilərdi.

ABŞ rəsmiləri bildirirlər ki, Rusiya son iki gündə Suriyaya əlavə olaraq təyyarə və iki tankdaşıyan gəmi göndərib. Onlar həmçinin xəbər veriblər ki, Suriyada artıq kiçik rus hərbi kontingenti də var.

Bu arada Livan rəsmiləri də bildirirlər ki, Suriya döyüşlərində artıq Rusiya hərbçiləri birbaşa iştirak edirlər.

Rusiyanın İrandakı səfirliyi xəbər verir ki, İran Suriyaya gedən təyyarələrə hava dəhlizi verib.

Bundan əvvəl Bolqarıstan Rusiya təyyarələrinin Suriyaya uçarkən onun hava məkanına daxil olmasını qadağan etmişdi.

Lakin Suriya hökuməti döyüş meydanlarında məğlub olmaqda davam edir. Son məlumatlara görə İslam Dövləti qruplaşmasının döyüşçüləri İdlibdəki hərbi hava bazasını ələ keçiriblər.

XS
SM
MD
LG