-
Moldovanın paytaxtı Kişinyovda prezidentin istefası və növbədən kənar parlament seçkiləri keçirilməsi tələbi ilə bağlı nümayiş başlayıb.
“Ləyaqət və hüquq” hərəkatının təşkil etdiyi mitinqə 15 mindən çox adam toplaşıb.
Aksiyalar ötən həftənin bazar günündən başlayıb. Sentyabrın 6-dan bəri hər gün mitinq keçirilir. Hökumət binasınn qarşısında 300 çadır qurulub.
Etirazçıların tələbləri sırasında prezident, baş prokuror, Milli Bankın sədrinin də istefası daxildir.
“Ləyaqət və hüquq” hərəkatının dəqiq proqramı və partiya strukturu yoxdur. Hərəkat ölkə hakimiyyıtinə və müxalifətinə qarşı çıxış edir.