Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:47

Emin Ağalarov: "Mənim və Leylanın bütün..." [Video]


Emin Ağalarov: "Leyla ilə mənim bütün..."
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Emin Ağalarov: "Leyla ilə mənim bütün..."

►"Boşanmaq həyatın sonu deyil"

Azərbaycan prezidentinin keçmiş kürəkəni, işadamı, müğənni Emin Ağalarov AzadlıqRadiosunun tacik xidmətinə müsahibə verib.

O və Leyla Əliyeva bir neçə ay öncə rəsmi boşandıqlarını elan etmişdilər.

Sentyabrın 12-də Almaniyanın Hamburq şəhərində "Big Apple Music Awards 2015" mükafatını alan Emin Avropa turuna hazırlaşdığını deyib. Almaniyadan sonra Londonda konserti olacaq.

Emin Leyla Əliyeva ilə boşanmalarının səbəbi haqda sualı isə belə cavablayıb:

"Səbəblər haqda danışmaq doğru olmazdı. Bu çox özəl bir məsələdir. Amma deyə bilərəm ki, bu həyatın sonu deyil. Mənim və keçmiş həyat yoldaşımın bütün diqqəti uşaqlarımızın üzərindədir".

- Boşanma sizin Azərbaycandakı yaradıcılığınıza təsir etməyib?

- Deyə bilmərəm ki, hansısa təsiri olub. Mən düşünürəm ki, şəxsi münasibətlər musiqi və biznesə təsir etməməlidir.

Buna da bax: Siyavuş Novruzovdan Avropaya "konslager" ittihamı

- Sizin Rusiyada çox böyük biznesiniz var. Yalnız səhnədə yox, həm də biznes sahəsində uğurlusunuz. Emin, ilk növbədə kimdir: Müğənni, ya işadamı?

- Həm müğənni, həm də işadamı. Mən fərq qoymuram. Düşünürəm ki, müasir zamanda müsiqiçilərin biznesə gəlməsi məntiqli və anlaşılandır. Dünya şöhrətli müğənni Jennifer Lopezdən başlayıb, Roberto De Niroya qədər - hər kəsin eyni zamanda biznesləri də var.

- Amma onlar yaradıcılıqdan biznesə gəliblər, sizdə isə əksinə.

- Elə də doğru deyil. Ola bilər mənim biznesdəki uğurum daha tez diqqət çəkib. Amma mən müsiqi ilə lap uşaqlıqdan məşğulam.

- Bəs valideynləriniz bunun əleyhinə olmadılar? Ola bilər ki, müsiqini kişi üçün elə də ciddi saymasınlar.

- İnsan nə vaxt özü sərbəst qərarlar qəbul edirsə, düşünürəm valideynlərə seçim qalmır. Valideynlər öz övladlarına yalnız dəstək ola bilər. Mənim vəziyyətimdə belə olmuşdu.

XS
SM
MD
LG