Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:36

Erdogan: "Türkiyəni parçalamaq istəyirlər"


Erdogan
Erdogan

►“Bütün dünyaya səslənirəm, Türkiyəni parçalamaq sizə nə verəcək?"

Türkiyə prezidenti Recep Tayyip Erdogan qaçqın böhranı və regionda gedən proseslərdən danışıb.

O deyib ki, Avropa Birliyinin 28 ölkəsi 450 min qaçqın qəbul elədiyi halda, Türkiyə bu gün 2 milyon yarım qaçqın qəbul edib.

“Avropa vahiməyə düşüb və deyir ki, sadəcə xristianları qəbul edirəm. Avropadakı dostlarımız əmin olmalıdılar ki, bu insanların hədəfi onların ölkəsi deyil, əslində onlar öz evlərində, öz ölkələrində yaşamaq istəyirlər. Amma indi onların ölkəsi elə bir hala düşüb ki, yaşamaq mümkün deyil.

Bunun bir həlli yolu var, onların ölkələrində müharibə dayandırılmalıdır. Bəzi ölkələr Suriyaya hərbi təyyarələr göndərir, biz isə insani dəstək veririk. Qərb ölkələri ölüm-dirim mübarizəsində olan bu insanlara arxa çevirməməlidir”

Erdogan daha sonra terror təhlükəsindən danışıb və hazırda ölkənin yeni terror təhlükəsi ilə üzləşdiyini deyib.​

Buna da bax: "Peyğəmbər bir məkan axtarsaydı, Azərbaycanı seçərdi"

O deyib ki, terrorçuluğa xaricdən dəstək və silah verənlərin məqsədi Türkiyəni parçalamaqdır və buna bəzi daxili media orqanları da dəstək verir:

“Bütün dünyaya səslənirəm, Türkiyəni parçalamaq sizə nə verəcək?"

Erdogan sonda deyib ki, dünən Türkiyəyə xəyanət edənlər bu gün artıq yoxdur, bu gün xəyanət edənlər də sabah yox olub gedəcəklər:

"Bu sıxıntılar ötəridir və biz yenə də qardaşcasına yaşamaqda davam edəcəyik."

Bapbalaca miqrantlar (Fotosessiya)

XS
SM
MD
LG