-
Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov Rusiyanın məhkəmə sistemini özünəməxsus şəkildə interpretasiya etməklə yenə də mübahisə obyektinə çevrilib. İlk baxışdan elə görünür ki, çeçen prezidenti zorən ölkənin müsəlman icmasının maraqlarının müdafiəçisidir.
Bir vaxtlar Kadırov çeçen güc strukturlarına göstəriş vermişdi ki, federasiyanın başqa subyektinin xüsusi xidmətinin şəxsi heyəti qabaqcadan razılaşdırmadan Çeçenistana girərsə məhv edilsin. Bu direktiv federasiyanın ali orqanı tərəfindən rədd edildi.
İndiki mübahisə Cənubi Saxalinsk şəhər məhkəməsinin avqustun 19-da çıxarılmış, ancaq keçən həftə elan olunan qərarı ilə bağlıdır. Qərarda deyilir ki, çap olunmuş dua məcmuəsi, xüsusilə də Quranın iki əsas ayəsi rus dilinə tərcümədə “ekstremist” məna kəsb edir.
KADIROV BƏYƏNAT VERDİ...
Kadırov ləngimədən məhkəmənin qərarına etiraz edəcəyi barədə bəyanat verdi. Eyni addımı Rusiyanın Müftilər Şurasının həmsədri və eyni zamanda, Rusiyanın Asiya hissəsinin Dini İdarəsinin sədri Nafgulla Ashirov atdı.
Amma Kadırov daha uzağa getdi. O bəyan etdi ki, məhkəmənin qərarına sadəcə “qanunsuz və əsassız” olduğuna görə etiraz etmir. Kadırov həm də bu qərarın rəsmi olaraq “ekstremist xarakterli” və “Rusiyada məqsədyönlü şəkildə sabitliyin pozulmasına yönəlmiş qərar” kimi qəbul olunmasını tələb edir.
Çeçen prezidenti ədəb-ərkanla hakimə və prokurora “şeytanlar” və “satqınlar” damğası vurub. Həmçinin deyib ki, onlar əməllərinin Rusiyada və xaricdə milyonlarla insanın güclü etiraz dalğası əmələ gətirəcəyini və Rusiyanın İslam dünyasından təcrid edilməsinə səbəb olacağını bilməmiş deyildilər.
Baş prokurorluğun nümayəndəsi isə Kadırovun prokuror və hakimin peşəkarlığını açıq şəkildə şübhə altına alaraq onları təhqir etməməli olduğunu deyib. Bu zaman çeçen prezidenti “şeytanlar” və “satqınlar” ifadəsini təkrar edib və əlavə edib ki, bu xarakteristika ilə razılaşmayanlar da “satqın və şeytandır”.
Bu arada Kadırovun iki yaxın tərəfdaşı elə həmin mesajı daha ehtiyatlı şəkildə ifadə ediblər. Dövlət Dumasının deputatı Adam Delimxanov deyib ki, prokuror və hakimin “ekstremist” qərarı onların qeyri-peşəkarlığından və səriştəsizliyindən xəbər verir. Deputatın qənaətincə, bu şəxslər “beynəlxalq terrorçuların əlinə oynayırlar”.
XARİCDƏN SİFARİŞ?
Çeçen ombudsman Nurdi Nukhadjiyevsə məhkəmənin qərarını minlərlə möminin dini hisslərinin təhqir edilməsi kimi qələmə verib və bunu xaricdən sifariş olunmuş məqsədyönlü provakasiya adlandırıb. O Kadırovu təkrar edərək bildirib ki, hakim və prokurorun bu qərarın yalnız 20 milyonluq Rusiya müsəlmanlarının deyil, bütün dünya müsəlmanlarının müqəddəs hisslərini tapdalayacağını bilməmələrini ehtimal etmək “sadəlöhvlük” olardı.
Cənubi-Saxalinsk məhkəməsinin qərarını şərh edən digər yüksək rütbəli müsəlman siyasətçisi İnquşetiya Respublikasının prezidenti Yunus-Bek Yevkurov oldu. O deyib ki, bütün inanclılar kimi o da bu qərarı pisləyir. Ona görə ki, bu düşünülməmiş qərar Bibliya, Tövrat və başqa müqəddəs kitablara münasibətdə də təhlükəli president yarada bilər. O “bütün rusiyalılara” müraciət edərək “provakasiyalara uymamağı”, Allahdan hakim və prokurorun günahlarıınn bağışlanılması üçün dua etmələrini xahiş edib.
Kadırov Dövlət Duması qarşısında tələb qaldırıb: hakimlərə Quran və başqa müqəddəs kitablar barədə qətnamə çıxarmağı qadağan edən qanun hazırlansın.
Dumanın ictimai qruplar və dini təşkilatlarla məsələlər üzrə komitəsinə başçılıq edən Yaroslav Nilovun sözlərinə görə, Rusiya dünyəvi dövlətdir və buna görə də belə qanun qəbul etməyə haqqı yoxdur. Bunun əvəzində Nilov Ali Məhkəməyə aşağı instansiyalara dini ədəbiyyatı necə qiymətləndirmək haqqında tövsiyələr verməlidir.
Bununla belə, Çeçenistanı dövlət Dumasında təmsil edən Shamsail Saraliyev bu qanun layihəsini hazırlamağa başlayıb.
Sentyabrın 11-də Yujno-Saxalinsk şəhər məhkəməsinin sədri Aleksandr Çuxray deyib ki, Kadırovun çağırışı elektron poçt vasitəsilə alınıb, amma məhkəmə prezidentin öz imzası olan ciddi sənədə reaksiya verə bilər. O bildirib ki, sənədin alınması üçün son vaxt 12 sentyabrdır. Bundan sonra məhkəmə qərarından şikayət verilə bilməz. VAxt çıxıb və rəsmi Çeçen orqanlarından təsdiq gəlməyib.