-
«Müsəlman Birliyi Hərəkatı»nın sədri, ilahiyyatçı Tale Bağırzadə Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb.
İlahiyyatçıya 15.00-da nazirlikdə olması bildirilib.
Bu barədə AzadXeber.az-a T.Bağırzadənin yaxınları məlumat verib.
MBH sədrinə MTN-ə hansı səbəbdən çağırıldığı bildirilməyib.
Tale Bağırzadə həbsdən bu il iyulun 30-da çıxıb. O, 2013-cü il martın 31-də həbs edilmişdi. İlahiyyatçı qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunurdu.