Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:44

"Rəhmətlik" maşın bazarından reportaj- [Video]


Maşın bazarı "rəhmətə gedib"
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Maşın bazarı "rəhmətə gedib"

►Gürcüstandan gələn maşın... Niyə azaldı-azaldı?

"Əvvəllər bəy kimi yaşayırdım, indi dolanşıq da yoxdur..."

Gürcüstanın Milli Statistika Komitəsi Azərbaycana ixrac olunan avtomobil sayının təxminən 5 dəfə azaldığını açıqlayıb. Söhbət son bir ildən gedir.

Bu məlumat açıqlanmazdan öncə də azalma şübhə doğurmurdu – paytaxt Bakının maşın bazarlarında həm satıcı, həm də alıcılar gözəçarpan dərəcədə seyrəlmişdi.

Satıcılar nə deyirlər?

Gürcüstandan satlıq avtomobil gətirən və AzadlıqRadiosuna fikrini bölüşənlər azalmanın, əsasən, bu səbəblərdən qaynaqlandığını söyləyirlər:

- Ucuz maşınlara tələbat var, amma 2001-ci ildən əvvəl istehsal olunan maşınları gətirməyə icazə vermirlər.

- Gömrük imkan vermir, rüsumlar artıb. Əvvəllər bəy kimi yaşayırdım, indi dolanşıq da yoxdur...

- Depozit ödəyə bilmirik deyə, maşın qalır Gürcüstanda...

- Depoziti ləğv eləsinlər, dolanaq... Dollar da qalxıb, vəziyyət çox pisdir

Buna da bax: Qanun adam bıçaqlayan general oğlu üçün deyil...

Gürcüstandan toya gəlsən...

Məsələ burasındadır ki, bu ilin əvvəlində Gürcüstandan Azərbaycana gələn maşınlarla bağlı bir sıra yeni qaydalar müəyyənləşdirilib. Məsələn, sərhəddən keçərkən avtomobilin geri qaytarılmasına zəmanət və və depozit tələb olunur. Bu depozit yalnız nəqliyyat vasitəsi geri qaytarılandan sonra sahibinə qaytarılır.

Satıcılar bu qaydanın təkcə avtomobil alış-verişinə deyil, Gürcüstanda yaşayan azərbaycanlıların da güzəranına problem yaratdığını düşünürlər. Məsələn, onlardan kimsə Azərbaycana maşınla - tutalım, toy və ya yas məclisinə gəlirsə, 5-10 min lari (Gürcüstanın pul vahidi, təxminən 2-4 min manata uyğun gəlir) depozit qoymalıdır.

Buna da bax: Neft Fondu $432 milyona Yaponiyada bina aldı

“Durğunluq çox çəkəcək”

İqtsiadçı ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanın avtomobil bazarndakı durğunluq hələ çox çəkə bilər:

“Bankların köhnə maşınları kreditləşdirməməsi, ümumi alıclıq qabiliyyətinin azalması və manatın dəyərsizləşməsi, devalvasiyadan sonra üfüqdə hər hansı güzəştin görünməməsi bazarı çökdürür...”.

Natiq Cəfərli tətbiq olunan depozit üsulunun avtomobil bazarına təsirinə də toxunub:

“Əvvəllər Gürcüstan nömrəsi ilə gətirir, müştəri tapandan sonra sənədləri rəsmiləşdirib, alış- veriş edirdilər. Depozit üslu tətbiq olunandan bəri durum dəyişib, daha maşın gətirmirlər”.

Gömrük Komitəsinin sədri Aydın Əliyev bir müddət öncə mediaya açıqlamasında depozit üsulundan bəhs edib:

“Müvəqqəti gətirilmək adı ilə ölkəyə daxil edilən avtomobillər hissələrə ayrılaraq satılır. Belə halların qarşısını almaq üçün depozit üsulu tətbiq olunur”.

Mövzu ilə bağlı fikirlərinizi aşağıdakı "Şərhlər" bölümünə yazın

XS
SM
MD
LG