Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:50

Həcc tarixində ən böyük fəlakətlər (siyahı)


Məkkə 24 sentybar 2015
Məkkə 24 sentybar 2015

1975-ci ilin dekabrı: Zəvvarların çadır şəhərciyində qaz balonu partladı, yanğından 200 zəvvar öldü.

1987-ci ilin iyulu: İrandan olan zəvvarlar Səudiyyə Ərəbistanı polisi ilə davaya qalxdı, 400 iranlı zəvvar öldü.

1990-cı ilin iyulu: Məkkə yaxınlığında al-Muaissem tunelində kondensioner sisteminin sıradan çıxması ilə 1426 zəvvar öldü. Həmin gün Qurban bayramı və Həcc ziyarətində şeytana daş atılması mərasimi idi.

1994-cü ilin mayı: Minada Jamarat körpüsündə basabasda 270 zəvvar öldü. Həmin gün şeytana daş atıldığı gün idi.

1997-ci ilin apreli: Minada zəvvar çadır düşərgəsində yanğından 343 zəvvar öldü. Bundan sonra Səudiyyə Ərəbistanı daimi, yanğına davamlı çadır şəhərciyi salmaq qərarına gəldi.

1998-cu ilin apreli: Bütün Həcc ziyarəti dövründə 119 zəvvar öldü

2004-cü ilin fevralı: İzdihamda, basabasda Jamarat körpüsü yaxınlığında 251 zəvvar öldü. Həmin gün şeytana daş atıldığı gün idi.

2006-cı ilin yanvarı: Şeytana daş atılması mərasimində Jamarat körpüsünün şərq girişində 362 zəvvar öldü.

2015-ci ilin sentyabrı: Həcc ziyarəti başlamazdan bir neçə gün əvvəl Məkkədə qaldırıcı kran aşdı, 111 adam öldü.

2015-ci ilin sentyabrı: Minada zəvvar düşərgəsindən Jamarat körpüsünə hərəkət edən zəvvarların basabasında 753 adam öldü.

XS
SM
MD
LG