Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:52

Shell Arktikadakı işini dayandırdı


Shell şirkətinin başçısı Ben van Beurden
Shell şirkətinin başçısı Ben van Beurden

Shell bildirib ki, bu ərazidə işləri davam etdirəcək həcmdə neft və qaz tapa bilməyib.

Royal Dutch Shell Çukot dənizindəki əsas quyu “məyusedici” nəticə göstərdikdən sonra Arktikada neft və qaz axtarışlarını dayandırıb.

Shell bildirib ki, bu ərazidə işləri davam etdirəcək həcmdə neft və qaz tapa bilməyib.

Şirkət Çukot dənizindəki kəşfiyyat-axtarış işlərinə 7 milyard dollar xərcləmişdi.

Shell dənizin başqa sektorlarında böyük ehtiyatların gizləndiyini istisna etmir.

Bundan əvvəl BP rəhbəri lord Browne BBC-yə bildirmişdi ki, Arktika pul qoymaq üçün riskli dərəcədə bahalı yerdir.

Təhlilçilər deyirlər ki, Shell-in qərarına neft qiymətlərinin bir barrel üçün 50 dollardan aşağı olması da təsir göstərə bilərdi.

XS
SM
MD
LG