Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:03

Fransa prezidentindən Qarabağ açıqlaması


Francois Hollande
Francois Hollande

“Fransa bütün maraqlı tərəfləri Azərbaycan-Ermənistan sərhədi və qoşunların təmas xəttində silahlı insidentlərdən qaçmağa çağırır”.

Bunu Fransa prezidenti Francois Hollande BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sesiyasında çıxış etdikdən sonra mətbuat konfransında deyib.

Yelisey sarayının məlumatına görə, Hollande son vaxtlar Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlərlə münasibət bildirərkən deyib ki, Fransa həmsdər ölkələrdən biridir və məqsəd müharibə vaxtı və ondan sonra xeyli itkiylə nəticələnən bu münaqişənin həlli yollarını tapmaqdır:

“Ona görə də bütün maraqlı tərəfləri gələcəkdə bu cür insidentlərə yol verməməyə çağırırıq. Biz vasitəçiliyimizi davam ütdirmək üçün səylərimizi artırırıq.Mən tərəfləri atəşkəsə əməl etmək və münaqişənin möhkəm həlli yollarını tapmağa çağırmaq üçün bu yaxınlarda Ermənistan və Azərbaycanda olmuşam”-deyə o vurğulayıb.

XS
SM
MD
LG