-
Təhsil Nazirliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib.
Nazirliyin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov Trend-ə bildirib ki, Müəllimlər Gününün yaxınlaşması məktəblərdə bu məqsədlə pul yığılması barədə söhbətləri yenidən gündəmə gətirir.
ŞİKAYƏT ÜÇÜN QAYNAR XƏTT: 146
C.Valehovun dediyinə görə, belə hallarla rastlaşan şəxslər TN-nin «Qaynar xətt»inə anonim olmadan müraciət edə bilərlər: «Bu halların hər biri araşdırılacaq. Fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər».
C.Valehov belə halların ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirdiyini söyləyib.