-
Nazirlər Kabineti «Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı»nda dəyişikliklər edib.
Təhsil Nazirliyinin 3 nömrəli Bakı Peşə Liseyi 13 nömrəli Bakı Peşə Liseyi ilə birləşdirilib və onların bazasında Bakı Kompüter Peşə Liseyi yaradılıb.
NK-dan bildirilib ki, Bakı Kompüter Peşə Liseyinin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin «Təhsil» bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək.