Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:21

Rusiya Suriya oyununa Azərbaycanı da cəlb edə bilər?


 Ilham Ismayil, Bakı, 17 Avqust 2009
Ilham Ismayil, Bakı, 17 Avqust 2009

Erdoğan Rusiyanın Suriyada hava zərbələrini "ölümcül səhv" adlandırır, ABŞ müdafiə naziri Carter Rusiyanın strategiyasına "uduzulmuş strategiya" deyir. Səudiyyə Ərəbistanı isə Rusiyanı cəzalandırmaq üçün neftin qiymətini saldı. Bu, Rusiyanın Suriya hücumunun Azərbaycana dolayı təsiridir.

Bəs birbaşa təsir ola bilərmi? Hərəkətləri çoxları tərəfindən səhv hesab olunan Rusiya özünün Suriya avantürasına necəsə Azərbaycanı cəlb edə bilərmi? Çünki bəzi rus təhlilçiləri lap bu yaxınlarda, bir neçə gün əvvəl yazırdılar ki, Rusiya məsələn, Azərbaycanda və Ermənistanda Suriya hücumları üçün baza yarada bilər və bunun müqabilində Azərbaycana 5 rayon qaytarıla bilər.

Təhlükəsizlik eksperti İlham İsmayıl AzadlıqLive-a deyir ki, belə birbaşa cəlb olunmaq təhlükəsi yoxdur, çünki Rusiyanın buna obyektiv ehtiyacı da yoxdur. Çünki Rusiyanın Suriya zərbələr üçün öz bazası var,Suriyaya hücum üçünRusiya koalisiya da yaratmır ki, Azərbaycan kimi ölkələrə desin ki, "gəlin, qoşulun".

İlham İsmayıl Qarabağ probleminin həlli, rayonların qaytarılması ilə Suriya əməlyyatının əlaqələndirilməsinə dəinanmır.Ancaq İlham İsmayılın fikrincə, Rusiyanın Suriya əməliyyatının Azərbaycana dolayı təsirləri var. Bunlar hansı təsirlərdir?

Rusiyanın özünə gəlincə, Telegraph qəzeti yazır ki, bütün bunların sonunda Moskavada və Ər Riyadda hakimiyyət yıxıla bilər. Doğrudanmı belə ola bilər? İlham İsmayıl deyir ki, Rusiya özü də bunu bilir, ona görə, quru qoşunlarından istifadə etməyəcək.Əgər etsə, Əfqanıstandakından betər olacaq. İlham İsmayıl daha nələri dedi?

Gözlə

No media source currently available

0:00 0:12:46 0:00
Direct-ə keçid

XS
SM
MD
LG