Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:48

Deputat: «Jagland sifarişi yerinə yetirir»


Bəxtiyar Əliyev
Bəxtiyar Əliyev

-

«Bu, təkcə Jagland-ın Azərbaycana qarşı münasibəti deyil, ümumilikdə Azərbaycana qarşı aparılan bir kampaniyadır».

Trend-ə açıqlamasında deputat Bəxtiyar Əliyev Avropa Şurasının (AŞ) baş katibi Thorbjørn Jagland-ın Azərbaycanda İnsan Haqları üzrə Birgə İşçi qrupundan çıxmaları ilə bağlı qərarını belə şərh edib.

Onun dediyinə görə, Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında uğurlu fəaliyyəti Azərbaycana qarşı çirkin siyasi kampaniya aparan siyasi dairələri hiddətləndirir: «Jagland-a ciddi təzyiq göstərildiyi üçün o, həmin siyasi sifarişi yerinə yetirir. Azərbaycanda insan haqları ilə bağlı heç bir ciddi problem yoxdur, işçi qrupu normal şəkildə fəaliyyət göstərir. Onlar sabah hesabat verərkən obyektiv məsələləri qeyd etməyə məcbur olacaqlarını bildikləri üçün süni surətdə bu əməkdaşlığı dayandırmaqla sonradan Azərbaycanın bu işinə qara yaxmaq, qeyri-obyektiv mövqe bildirmək məqsədilə bu işçi qrupundan çıxırlar. Burada məntiq bundan ibarətdir».

Deputat hesab edir ki, Azərbaycanın QHT və vətəndaş cəmiyyətinin nümayəndələri də Azərbaycana qarşı bu qərəzli münasibətə etiraz etməlidirlər.

Birgə İşçi Qrup Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının baş katibi Thorbjørn Jagland arasında razılaşma nəticəsində yaradılıb.

Thorbjørn Jagland oktyabrın 7-də qurumun Nazirlər Komitəsinə verdiyi məlumatda bu qərarıAzərbaycanda insan haqları sahəsində vəziyyətin ümumilikdə pisləşməsi ilə izah edib.

Avropa Şurasının təmsilçisi 2014-cü ilin oktyabrından Bakıda işçi qrupun iclaslarına qatılırdı. Məqsəd vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında dialoqu canlandırmaq idi.

XS
SM
MD
LG