Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:18

Çatlaq avtovağzal- [Video]


Bakı Avtovağzalında çatlar əmələ gəlib- [video]
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Bakı Avtovağzalında çatlar əmələ gəlib- [video]

►«Yağışlar intensivləşərsə, onda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki çökmə dərinləşə bilər».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev AzadlıqRadiosuna müsahibəsində bildirib.

Onun dediyinə görə, kompleksin ərazisindəki sürüşmə və çökmənin səbəbi yağışlardır:

«Yağış, suvarma suları yığışıb sürüşməni, çatları əmələ gətirib».

Ələmdar Piriyevin bildirdiyinə görə, ərazi sürüşmə zonası hesab olunmur: «Keçən il də yağışlar olub. Ərazidə ilk dəfə deyil çökmə baş verir. Bir neçə dəfə belə hal olub, ərazi çöküb, üstünü basdırıblar, asfaltlayıblar, amma yenə qırılmalar təkrarlanıb».

Buna da bax: Jurnalistə cəza kəsən hakimin korrupsiya ilə əlaqəsi

Baş geoloq deyir ki, ərazidə çökmənin qarşısını almaq mümkündür: «Yəqin ki, mütəxəssislər cəlb olunub bunun qarşısı alınacaq».

«YAĞIŞLAR GÜCLƏNSƏ...»

Ərazidə eni 30-40 sm, uzunluğu 15-20 m olan çatlar var. Ələmdar Piriyev deyir ki, dünənlə (7 oktyabr) müqayisədə çatlarda genişlənmə müşahidə olunur: «1-2 sm genişlənmə var, yağışlar davam edərsə, çökmə dərinləşəcək».

Oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində torpaq sürüşməsi və çökmə baş verib. Kompleksdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

XS
SM
MD
LG