-
Oktyabrın 8-dən başlayaraq Azərbaycanın şimal regionunda hava şəraiti kəskin dəyişib, temperatur 6-8 dərəcə aşağı düşüb.
Oktyabrın 9-a keçən gecə Quba və Qusarın bəzi kəndlərinə sulu qar və qar yağıb.
Sulu qar Qubanın Qırız, Susay, Kuzun kəndlərində, qar isə Qusarın Ləzə kəndində (1 santimetr) qeydə alınıb.
Azərbaycandakı qeyri-sabit hava şəraiti oktyabrın 11-ə qədər davam edəcək.