Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:14

Kral Salman «AST Telman»ın qonağı olacaq


G-20
G-20

-

Antalyanın ən yaxşı turizm bölgələrindən olan Bələk bu ilin noyabrında dünyanın ən güclü qorunan nöqtəsinə çevriləcək. «Böyük-20-lər»in sammitində ABŞ prezidenti Obama-dan Almaniya kansleri Merkel-ə qədər dünya liderlərini qarşılayacaq Antalyanın lüks otelləri No:1 qonaqlar üçün hazırdır.

Türkiyənin «Hürriyet» qəzeti yazır ki, noyabrın 15-16-da akkreditasiyası olmayan heç kim Bələkə daxil ola bilməyəcək.

Sammit beşulduzlu «Regnum Carya Resort Hotel»də keçiriləcək. Hər ehtimala qarşı toplantılar üçün daha bir otel də ehtiyatdadır. Həmin günlərdə otellərə müştəri qəbul edilməyəcək. Yalnız dünya liderləri və ölkələrin nümayəndələri Bələkdəki otellərdə qala biləcəklər.

Qəzet yazır ki, liderlərə «First class» xidmət göstəriləcək. Dünya liderləri ultralüks kral otaqları olan VIP villalarda qalacaqlar. Bu villalarda bir gecənin qiyməti 2-30 min dollar arasında dəyişir.

TƏHLÜKƏSİZLİK ƏN YÜKSƏK SƏVİYYƏDƏDİR

Dünya liderləri 25 oteldə qalacaq. Sammitə görə bəzi günlər bölgədən təyyarə uçuşlarına da icazə verilməyəcək. İstisna təkcə Səudiyyə Ərəbistanı kralı Salman-a və onun nümayəndə heyətinə olacaq. Kral və heyəti Kundu bölgəsindəki «Mardan Palace» otelində qalacaq. Konfranslar üçün Bələkə gedib-gələcək.

REGNUM CARYA GOLF&SPA RESORT

Üçmərtəbəli bağçası ilə birlikdə 3500 kvadratmetr ərazini əhatə edən «Crown Villa»da xüsusi aşpaz, xidmət heyəti, təmizlik heyəti var. «Playstation» otağının da olduğu villa gülləkeçirməz şüşələr və xüsusi kamera sistemi ilə mühafizə edilir. ABŞ prezidenti Barack Obama burda qalacaq.

Mardan Palace
Mardan Palace

MAXX ROYAL

Qolf meydançasındakı ağaclarla yarı təcrid edilmiş ikimərtəbəli villanın ərazisi 630 kvadratmetrdir. Dörd yataq otağı, dincəlmək otağı, saunalı hamamı və türk hamamı var. Villada 42 özəl xidmət servisi, VIP hava limanı xidməti də var.

Qəzet yazır ki, Azərbaycan prezidenti İlham Əliyev bu oteldə qalacaq.

ELA QUALITY RESORT

Otelin «Ela Royal King» və «Ela Royal Resident» villalarında cakuzi, hamam, kinoteatr, xüsusi hovuzu var. İkimərtəbəli lüks nömrənin üst mərtəbəsinin eyvanında mənzərəsi dənizə açılan cakuzi var.

MARDAN PALACE

«Mardan Palace»ın kral otağı qızıldan olan əşyalarla bəzədilib. «Royal Suite» (ən bahalı nömrə) iki böyük eyvanı xaric 600 kvadratmetrdir. Lüks hamamı olan yataq otağı, dağ mənzərəli eyvan, kinoteatr, SPA, sauna, 115 kvadratmetrlik cakuzili hovuz, piano v s. var.

KAYA PALAZZO GOLF RESORT

Özəl hovuzu olan «Villa Ducale»lərin böyüklüyü 140-180 kvadratmetr arasında dəyişir. Hər birinin özünə aid xüsusi bağçası və eyvanı var. Cakuzili hamamı, üç yataq otağı, dincəlmə otağı, mətbəxi, xidmətçi otağı var.

KEMPINSKI THE DOM

«Kempinski»nin 18 xüsusi villası var. Otaqlarındakı liftlər qızıla çəkilib. Səlçuklu stilindəki ən bahalı nömrə (Selcuklu Suite) Almaniya kansleri Angela Merkel üçün hazırlanıb. 200 kvadratmetr böyüklüyündədir, iki yataq otağı və böyük zalı var.

XS
SM
MD
LG