Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

"Belə gəncləri gərək hərbi xidmətə çağırmasınlar”


Murad Əliyev (Facebook)
Murad Əliyev (Facebook)

►Oktyabrın 9-da meyiti tapılan əsgər Murad Əliyevin ailəsi onun hansı şəraitdə ölməsinin araşdırılmasını istəyir.

O, Goranboydakı N saylı hərbi hissədə 6 ay idi hərbi xidmətdə idi.

Anası Təranə Məmmədova deyir ki, övladının necə ölməsi ilə bağlı ona açıqlama vermirlər:

“Bircə onu deyirlər ki, fərarilik edib – hərbi xidmətdən qaçıb. Başqa heç bir açıqlama vermirlər. Bir bildiyim odur ki, mənim uşağımı incidiblər”.

Təranə Məmmədova deyir ki, oğlu ilə oktyabrın 4-də telefonla danışıb. Oğlu kontur istəyib və tez yatacağını deyib.

Gözlə

No media source currently available

0:00 0:03:09 0:00
Direct-ə keçid

Buna da bax: 1 milyon manat oğurlayana hökm oxundu

“XİDMƏT YERİNİ ÖZBAŞINA TƏRK EDİB”

Müdaifə Nazirliyinin yaydığı məlumata görə, əsgər Murad Əliyev oktyabrın 6-da xidmət yerini özbaşına tərk edib. Axtarışlardan sonra oktyabrın 9-da axşam saatlarında onun meyiti tapılıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq faktla əlaqədar araşdırma aparır.

Buna da bax: DİN-dən Aynarın kafesi ilə bağlı açıqlama

“HAZIRLIQLI OLMAYANLAR DA HƏRBİ XİDMƏTƏ ÇAĞRILIR”

Hərbi ekspert Üzeyir Cəfərli deyir ki, hərbi hissədə bu cür halların baş verməsinin əsas səbəbi hazırlıqsız gənclərin hərbi xidmətə çağrılmasıdır:

“Əsgərin özünü öldürməsi, yoxsa öldürülməsi haqda ehtimallar ancaq araşdırmalardan sonra məlum olacaq. Amma ehtiyatda olan hərbçi kimi həmin əsgərin fotosunu görəndən sonra məndə belə bir rəy formalaşdı ki, bu əsgər fiziki cəhətdən hərbi xidmətə hazırlıqlı olmayıb. Özü arıqdır, fiziki cəhətdən zəifdir. Belə gənclər, ümumiyyətlə, gərək hərbi xidmətə çağrılmasınlar”.

Əsgər Murad Əliyev hərbi hissədən qaçıbmı, qaçıbsa hansı şəraitdə ölüb? Bütün bu sualların cavabını hərbi prokurorluq araşdırır.

XS
SM
MD
LG