Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:19

"Rusiya Suriyada kampaniyanı dayandırsın"


Aİ xarici işlər komissarı Federica Mogherini
Aİ xarici işlər komissarı Federica Mogherini

Bununla belə İttifaqın 28 üzvü arasında prezident Assad-ın gələcək keçid hökumətindəki roluna dair fikir ixtilafı var.

Avropa İttifaqı Rusiyanı Suriyadakı hava bombardmanını dayandırmağa çağırıb.

Bununla belə İttifaqın 28 üzvü arasında prezident Assad-ın gələcək keçid hökumətindəki roluna dair fikir ixtilafı var.

Rusiyanın Suriya kampaniyasına dair Aİ-nin xarici işlər nazirləri tərəfindən qəbul olunmuş bəyanatında deyilir ki, Moskvanın Assad-a dəstəyi 4 il yarımlıq vətəndaş müharibəsini daha da uzada bilər.

Nazirlər həmçinin Assad rejimindən gəlir götürən şəxslərə dair sanksiya siyahısını genişləndirmək qərarına gəliblər.

Avropa İttifaqı liderlərinin də bu cümə axşamı Brüsseldə keçiriləcək sammitdə Rusiyanı tənqid edəcəkləri gözlənilir.

Müxbirlər bildirirlər ki, Suriya münaqişəsi məsələsində fəal olmayan Avropa İttifaqı indi qaçqın dalğası ilə əlaqədar hərəkətə keçməyə məcbur olub.

Avropa İttifaqının Assad-a olan münasibətində də yekdillik yoxdur.

Bəziləri onun keçid prosesindıə iştirakını, bəziləri isə dərhal istefaya və ya həbsxanaya göndərilməsini istəyirlər.

Aİ-nin xarici işlər komissarı Federica Mogherini deyib ki, Assad-la hər hansı əlaqə yalnız BMT vasitəsilə ola bilər. Lakin İspaniya və bir sıra başqa ölkələr rejimlə birbaşa danışıqlara tərəfdardır.

XS
SM
MD
LG