Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:41

Astarada seçki komissiyasının YAP-a işlədiyini düşünürlər


77 saylı Astara Dairə Seçki Komissiyası
77 saylı Astara Dairə Seçki Komissiyası

-

77 saylı Astara Dairə Seçki Komissiyasında imzaları saxta çıxarılan Novruz Hacıyev və Mikayıl Talıbov öz haqlarını bərpa edə bilib. Hər ikisi Mərkəzi Seçki Komissiyasına şikayət edib və orda namizədlikləri qeydə alınıb. MSK Novruz Hacıyevin saxta çıxarılan 152 seçici imzasından 52-ni, Mikayıl Talıbovun bütün imzalarını doğru bilib. Qərar oktyabrın 8-də çıxarılıb.

Ancaq həmin dairədə iki namizədin namizədliyi ləğv edilib. Nəticədə bu dairədən yenə 5 namizəd qalıb.

«DSK YAP-IN VƏKİLİ KİMİ ÇIXIŞ EDİR»

Namizədliyi qeydə alınan Mikayıl Talıbovun fikrincə, ilk mərhələ göstərir ki, seçki qanunlarla yox, göstərişlərlə idarə olunur:

«Mənim namizədliyimi DSK-da qərəzli şəkildə qeydə almadılar. Elə bilirdilər ki, çoxları kimi şikayət etməyəcəyəm. Yaxşı ki, MSK ədalətli qərar çıxartdı. Artıq seçkinin ikinci mərhələsinə başlanıb. İlk gündən qanunları pozurlar. DSK YAP-ın vəkili kimi çıxış edir. YAP namizədinin xeyrinə idarə müdirləri, məktəb direktorları işə düşüblər. Namizədlər üçün bərabər şərait yoxdur. Əvvəlki seçkilərdə olduğu kimi hərəkət edirlər».

Namizəd deyir ki, bununla bağlı yenidən MSK-ya şikayət etmək fikrindədir.

«EKSPERTLƏR QRUPUNUN TƏCRÜBƏSİ YOXDUR»

Bu dairədən deputatlığa başqa bir namizəd, Vəkillər Kollegiyasının üzvü Novruz Hacıyev da deyir ki, dairə seçki komissiyasında imzaların yoxlanmasında bir çox səhvlərə yol veriblər:

Novruz Hacıyev
Novruz Hacıyev

«Seçkilərin birinci mərhələsində namizədlərə yaradılan ən çox problem imza vərəqləri ilə bağlıdır. Ekspertlər qrupunun - hansı ki, DSK-da yaradılıb - təcrübəsi yoxdur. O, sahədə bilikləri yoxdur. Onlar namizədlər qarşısında süni maneələr yaratmaqla məşğuldurlar. Bəhanə gətirirlər ki, şəxsiyyət vəsiqələrin müddəti bitib. Seçici imza vərəqəsinə imza atdıqdan sonra yeni şəxsiyyət vəsiqəsi alıb, bir balaca qol-qanadı sınmış rəqəm görəndə deyirlər ki, keçərli deyil, etibarlı deyil. Bunların hamısı süni maneələrdir. Əsas orda seçicinin imzasının saxta olmamasıdır».

«GƏLƏCƏKDƏ NƏ OLACAQ, ONU DEMƏK TEZDİR»

Novruz Hacıyevin dediyinə görə, seçkinin ikinci mərhələsində də namizədlərin qarşısında məhdudiyyətlər var:

«Lakin bu məhdudiyyətləri DSK ilə birlikdə aradan qaldırmaq olar. Oktyabrın 9-dan təbliğat-təşviqat kampaniyası başlayıb. Hələ ki, qanun pozuntusunu müşahidə etməmişəm. Gələcəkdə nə olacaq, onu demək hələ tezdir. Obyektiv olmaq lazımdır».

Novruz Hacıyev sosial şəbəkələrdə namizədlərlə bağlı keçirilən səsverməni düzgün saymır. Onun fikrincə, burda bərabərlik prinsipləri pozulur:

«Kimsə bunu təşkil edir, özünə həlledici rəqəm yazır. Bu düz deyil».

77 saylı DSK-da deyilən iradları düzgün hesab etmədilər. İmzaların yoxlanmasında qanunlara əməl etdiklərini, namizədlər üçün bərabər şərait yaratdıqlarını bildirdilər.

XS
SM
MD
LG